23.11.2017-ci il tarixində fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının 1-ci kursunda Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Saidə Nəsibovanın “Tərbiyənin prinsipləri,metodları və texnologiyaları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorluğun nümayəndəsi dos.C.İbrahimov, kafedra müdiri dos.A.Quliyev və kafedranın bir qrup əməkdaşı iştirak edirdi.
Dərsdə müəllim mövzunun məzmununu əyaniləşdirən slaydlardan istifadə edərək tələbələrin fəallığını və şüurlu mənimsəməni təmin edə bildi. Dərs “yaxşı” qiymətləndirildi.