Açıq dərs – b/m. Rəhimova Rəmziyyə

02.11.2017-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının baş müəlimi Rəmziyyə Rəhimovanın  “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” ixtisasının I kursunda “Gimnastika və OTM” fənnindən “Alətlərdə gimnastika hərəkətlərinin öyrədilməsi” mövzusunda açıq dərsi keçirildi. Mühazirəni müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə təşkil edən müəllim mövzunun mahiyyətini geniş və aydın şərh etdi, beləliklə, məqsədə nail ola bildi.   Açıq dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi dos. C. İbrahimov, fakültənin Tədrisin təşkil və təlim texnologiyaları üzrə dekan müavini  İ. Haqverdiyev və  kafedranın müdiri b/m. İ. Ağayev, dos. Asif Quliyev, b/m.T.Əliyev,  b/m.  T.Əliyev, b/m. U. Cabbarov və kafedranın digər üzvıəri iştirak etdi.