26.10.2017-ci ildə Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının təşəbbüsü ilə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə “Kiçik məktəblilərdə məktəb dezadaptasiyasını yaradan səbəblər və onların korreksiyası yolları” mövzusunda təlim seminar keçirilmişdir.
Seminarda Psixologiya kafedrasının müdiri dos. Z. Cavadova, kafedranın əməkdaşları dos. Z. Nəsrullayeva, b/m. L. Həsənova, b/m. A. Babayeva, b/m. P.Məmmədova, müəl. M. Rəhimova, kafedranın magistrləri və başqaları, eləcə də universitetin təcrübə və koryera şöbəsinin əməkdaşları, şagirdlər, valideynlər və məktəb müəllimləri yaxındfan iştirak etmişdir. Seminarda qoyulan mövzu aktual olduğundan iştirakçıların maraq və diskusiyasına səbəb olmuşdur…