Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində 13 mart 2017-ci il tarixində GDU- nun II korpusunun akt zalında “Azad həmkarlar ittifaqı təşkilatının hesabat iclası keçirildi. İclasda Pedaqoji fakültənin 121 nəfər Professor-müəllim və tədris köməkçi heyyəti iştirak etdi. İclasda Gəncə Dövlət Universitetinin Azad Həmkərlar İttifaqı Komitəsinin sədr müavini Allahverdi İsgəndər oğlu Quliyev İclası açıq elan etdi. Həmkarlar İttifaqı Təşkilatının sədri A.D. Babayeva çıxış edərək 12 fevral 2015-ci il tarixdən 13 mart 2017-ci il tarixə kimi əhatə edən hesabatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müxtəlif tarixli sərəncam və fərmanları ilə təsdiqlənmiş təhsil sahəsində geniş islahat proqramından irəli gələn məsələlərin həlli, o cümlədən tədrisin idarə olunmasında yeni prinsiplərin bərqərar olması, təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun məzmununda köklü keyfiyyət dəyişikliklərinin aparılması təhsil sisteminin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyulur. Bu tarixi sərəncam və fərmanlar Azərbaycan vətəndaşlarının təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını gücləndirmək, təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək, təhsildə maddi-texniki bazadan və kadr potensiallarından istifadənin səmərəliliyini artırmaq məqsədlərini qarşıya qoyur. 2015-ci il fevral ayının 12-də təşkilatın hesabat-seçki iclasında heyət üzvü seçilmişdir. Təşkilatın idarə heyəti fakültədə fəaliyyət göstərən bütün kafedraların hər birindən nümayəndə olmaqla 7 nəfərdən ibarət olmuşdur. Pedaqoji fakültə dekanlıq və altı ixtisas kafedralarından ibarətdir. Hazırda qeyd olunan bölmələrdə təşkilatın 168 üzvü (109 nəfər professor-müəllim və 59 nəfər tədris-köməkçi heyəti) fəaliyyət göstərir. İclasda çıxış edənlər ( prof. Ə. H. Məmmədov, dos. Z. S. Cavadova, dos. Z.M. Aslanova, dos. K. H. Hacıyeva ) hesabatı bəyəndilər və qənaətbəxş hesab etdilər. Gəncə Dövlət Universitetinin Pedaqoji fakultəsinin professor-müəllim və tədrisköməkçi heyyətinin 13. 03.2017 -ci il tarixli ümumi iclasında namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunanlar Pedaqoji fakultəsinin Həmkərlar Təşkilatının yeni heyyətinə üzv seçildilər: dos. K.H. Hacıyeva, b.m. L.A. Həsənova, b.m. Ş.X. Qazaxova, b.m. M.Ş. Hacıyeva, kabinə müdiri A.F. Həsənova, b.lab. L.F.İmanquliyeva. Səsverənlərin 100 % – səsini topladığına görə Psixologiya kafedrasının baş müəllimi Alvina Davud qızı Babayeva Pedaqoji fakultəsinin Azad həmkərlar ittifaqı təşkilatının sədri vəzifəsinə seçildi.