23.02.2017 -ci il tarixdə GDU.nun Pedaqoji fakültəsində “Xocalı faciəsi” ilə əlaqədar fakültə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva iştirak etmişdir. Tədbiri başlamazdan əvvəl fakültənin qrupları arasında keçirilən “Xocalı faciəsi gəncləri gözü ilə” adlı divar qəzətlərinə baxış keçirilmiş və ən yaxşı əl işi müəyyənləşdirilmişdir. Tədbiri giriş sözü ilə prorektor G.Fətəliyeva açaraq Xocalı soyqırımı bəşər tarixində ən ağır qanlı hadisə olduğunu gənclərə çatdırmışdır. Psixologiya kafedrasının müdiri, dosent Z. Cavadova öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu qeyd edərək Xocalı qurbanlarının erməni cəlladları tərəfindən amansızlıqla qətlə yetirildiyini bildirdi. Fakültənin dekan müavini İ. Haqverdiyev Xocalıya ədalət kompaniyası çərçivəsində bir neçə böyük dövlətlərin qətliamı tanımasını və Xaricdə təhsil alan tələbələrin dəstəyi,diasporun köməyi ilə fləşmobların keçirilməsindən danışdı və qeyd etdi ki, bu siyasətin nəticəsidir. Parlament səviyyəsində ABŞ-ın 21 ştatı və ona yaxın dövlət Xocalı hadisələrini qətliam kimi qiymətləndirmişdilər. Tədbirin rəsmi hissəsindən sonra tələbələrin hazırladıqları ” Bir ocağın alovları” adlı bədii hissəyə keçid verildi. Tədbirin aparıcısı TSPX ixtisasının I kurs tələbəsi Mirzəyeva Rəhimə Xocalı faciəsi haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra “Xocalım” adlı şeiri ilə İbtidai sinif müəllimliyi ixtisasının I kurs tələbəsi Bəşirova Zümrüd çıxış etdi. Tələbənin söylədiyi şeir tədbir iştirakçılarını çox təsirləndirdi. Növbəti çıxış üçün sözü İbtidai sinif müəllimliyi ixtisasının I kurs tələbəsi Zakirli Gülşənə verildi. Zakirli Gülşən “Ağla Xocalı” şerini təqdim etdi. Tədbirin gedişində Məktəbəqədər təlim və tərbiyə ixtisasının II kurs tələbəsi Əsədullayeva Fidan “Drakon ləqəbli” Milli Qəhrəmanımız Ülfət Abbasov haqqında çıxışı ilə tələbələri məlumatlandırdı. Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kurs tələbəsi Abdulrəhmanova Nazpəri “Xocalı” şeiri ilə çıxış etdi. Tədbirin yekununda iştirakçılara “Xocalı faciəsi” haqqında video çarx təqdim olundu.