Pedaqoji fakültənin dekanı, dos. B. Apoyevin kitabının təqdimatı keçirilmişdir.

Gəncə Dövlət Universiteti YAP Gənclər Birlyinin təşkiltçılığı ilə pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyevin “Öz gülüm-gül ömrüm…” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, ali təhsil müəssisəsinin mətbu orqanı “Yüksəliş” qəzetinin redaktoru, yazıçı Qərib Mehdi, universitetin müəllim və tələbələri iştirak ediblər.
​Tədbiri Gülsüm Fətəliyeva açaraq,Bayram Apoyevin həyat və yaradıcılığından danışıb.Bildirib ki, Gəncə Dövlət Universitetinin doktorantı Bayram Apoyev 90-dan çox elmi əsərin,o cümlədən dərslik, monoqrafiya,tədris-metodoki vəsit və tövsiyələrdən ibarət 20 adda kitabın müəllifidir. “Nizami Gəncəvini pedoqoji ideyalar sistemi” mövzusunda pedaqoqika üzrə elmlər doktoru dissertasiyası müdafiəyə təqdim edilib.Bayram Apoyevin elmi əsərləri iə yanşı bədii əsərləri də diqqəti çəkir. Mayasını Vətənə məhəbbət,təmi sevgi duyğuları təşkil edən“Öz gülüm-gül ömrüm…” şeirlər kitabı müəllifin sayca 3-cü kitabıdır. Bundan əvvəl şairin “Ağrı” və “Qarabağım” adlı kitabları oxuçulara təqdim edilib.
Xəzangül Hüseynova, Qərib Mehdi çıxış edərək, müəllif və onun yeni çap olunmuş kitabı barədə ürək sözlərini söyləyib, şairin müxtəlif məzmunda olan şeirlərinin bədii xüsusiyyətlərindən söz açıblar: “Kitabın əvvəlində Ağrı dağla, sonda Dədə Familə müraciət olunması bəlkə də təsadüfü deyil.Bayram Apoyev bununla sanki oxucuya məhəbbətin, doğma təbiətin, el-obalarımızın möhtəşəmliyindən doğan bir zirvə qüruru, ucalıq ovqatı yaratmağa çalışıb və inamla deyə bilərik ki, bunu bacarıb”.
YAP Gənclər Birliyinin sədri Elmir Bağırov və digər çıxış edənlər müəllif və onun yeni çap olunmuş kitabı barədə ürək sözlərini söyləyiblər.
​Tələbələr “Öz gülüm-gül ömrüm…” kitabından şeirlər söyləyərək, tədbirə rəng qatıblar.Müəllifin nəvəsi Sadə Atakişilinin söylədiyi “Sadə nəvəm” adlı şeri alqılarla qarşılanıb.
​Sonda Bayram Apoyevə GDU YAP Gənclər Birliyinin hazırladığı fəxri fərman və mükafat təqdim edilib.