Seminar Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dos.Sahil İbrahimli “Yalanın” cəmiyyət üçün böyük bəla olduğunu, onun şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırır. Seminarın məruzəçiləri pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisası III kurs tələbələri Əliyeva Aytac və Məmmədrzayeva Nuranə mövzu ilə əlaqədar iştirakçılara dolğun məlumat verdilər.
Seminarın təşkilində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova, Elmi rəhbər B/m Səbinə Şahverdiyevanın xüsusi rolu olmuşdur.
Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova çıxışında qeyd etdi ki, uzun illərdi ki, təlim və tədris prosesində gənc nəslin elmi biliklərə yiyələnməsi üçün hər il TEC-in iş planına uyğun olaraq tələbələrimiz fakültədə və universitetdə vaxt aşırı “Özgüvən psixologiyası”, “Sevgi psixologiyası”, “Yalan psixologiyası” və.s elmi seminarlar, psixologiyadan fənn olimpiyadaları, konfranslarda çıxış edirlər. Fərqlənən tələbələrimiz gələcəkdə “Loqos”, “Narınc” psixoloji mərkəzlərinə işləmək üçün dəvət olunurlar. Ən yüksək nəticəmiz rəsmi məktub əsasında 14, 15, 16 dekabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi ilə Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarovanın təşkilatçılığı ilə “İnkişafın professional stratergiyası” təlim kursunu tələbələrimizə keçirdik və uğurla nəticələnərək layihəmizdə tələbələrimiz “Diploma” layiq görüldü. Bizə bu yüksək səraiti yaratdığına görə Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin fəaliyətinə daim diqqət və qayğı göstərən Hörmərli rektorumuz prof.Y.Yusibova, Elm və innovasiyalar üzrə prorektorumuz dos.Pərvin Kərimzadəyə, Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dos.Sahil İbrahimliyə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçisi Mübariz Qasımova öz təsəkkürümü bildirirəm.
İşgüzar şəraitdə keçən seminar işində Universitetin kimya kafedrasının fəxri prof.Heydər Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında gənclər fondunun ekspert təlimçisi Mübariz Qasımov fəal iştirak etdi.
Mübariz Qasımov bildirdi ki, tələbələr elmi bilikləri aydın rəvan nitqlə dinləyicilərə çatdırırlar. Bakı və Gəncə şəhərlərində Universitet Tələbə Elmi Cəmiyyətləri arasında belə mükəmməl elmi seminar müşahidə etməyib. Bu tip gənclərin gələcəkdə inkikişafı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi kimi bütün kömək imkanlarını səfərbər edəcək.