30.11.2016-cı il tarixdə fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədovun “Təfəkkürün psixologiyası” mövzusunda açıq dərsi keçirildi.Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos. C.İbrahimov,Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və həmin kafedranın əməkdaşları iştirak edirdi. Tələbələrin yüksək fəallığı şəriatində kəçən dərsdə interaktiv təlim metodlarından, yeni təlim texnologiyalarından bacarıqla istifadə edildi. Dərs komissiya üzvləri və kafedra əməkdaşları tərəfindən yüksək qiymətləndirildi .