“Musiqi fənləri” kafedrasında Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının “Musiqi tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri Minaxanım
Babayevanın “V.A.Motsartın Vyana klassik musiqi məktəbində yeri və rolu”
mövzusunda Ustad dərsi (online) böyük uğurla keçirildi.
Ustad dərsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə, Gəncə
Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda
Qurbanəliyeva və kafedranın əməkdaşları, Universitetin pedaqoji
fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri və “Musiqinin
tədrisi” ixtisaslaşması üzrə magistrantlar iştirak etdilər. Ustad dərsi olduqca
maraqlı və öyrədici olmaqla iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
Gəncə Dövlət Universitetinin Tyutor xidmətinin rəhbəri Rəşad
Məmmədova dərsin online təşkilində texniki məsələlərin həllinə göstərdiyi
dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.





