Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji”
fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında
keçirilən elmi seminarda s.ü.f.d., baş müəllim Sevinc Rüstəmova
“Ümumtəhsil məktəblərində Azərbaycan xalq mahnılarına verilən yer”
mövzusunda çıxış etmiş, mövzuya dair slaydlar nümayiş etdirilmişdir.
Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış
edərək qeyd etdi ki, hər ay kafedrada elmi seminarların keçirilməsi elmin
populyarlaşdırılmasına, mühüm elmi nəticələrin təcrübədə tətbiqinə, tədris
prosesinin keyfiyyətinin artırılmasına xidmət edən tədbirlərdəndir.
Mövzu ətrafında aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının
akademik heyəti və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV
kurs tələbələri fəal iştirak etmiş, seminar iştirakçılarının sualları məruzəçi
tərəfindən ətraflı cavablandırılmışdır.





