Pedaqoji fakültənin kollektivi Afaq xanımı ad günü münasibətilə təbrik edir

Hörmətli Afaq xanım!
Pedaqoji fakültənin rəhbərliyi, professor-müəllim heyəti , fakültə üzrə Həmkarlar İttifaqı Komitəsinin sədri və üzvləri adından Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Uzun illər ərzində göstərdiyiniz səmərəli fəaliyyətiniz, yüksək təşkilatçılıq bacarığınız, əməkdaşlara daim diqqət və qayğınız, onların sosial rifahının yüksəldilməsi istiqamətində gördüyünüz işlər kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
İşgüzarlığınız, məsuliyyətiniz, insanlara olan həssas münasibətiniz və həmkarların mənafeyinin qorunmasına verdiyiniz töhfələr Sizi hər zaman hörmət və nüfuz sahibi etmişdir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətinizdə yeni-yeni uğurlar, xoşbəxtlik və firavanlıq arzulayırıq. Qoy həyat yolunuz daim uğur, sevinc və gözəl nailiyyətlərlə zəngin olsun.
Ad gününüz mübarək!