Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. İmtahan sessiyası universitet rəhbərliyinin müəyyən etdiyi qrafikə uyğun olaraq təşkil edilir.
Sessiya çərçivəsində imtahanlar yazılı, test və qabiliyyət formalarında keçiriləcəkdir. Hazırda fakültədə yazılı imtahanlar davam edir. İmtahanların obyektiv, şəffaf və mütəşəkkil şəkildə keçirilməsi, eləcə də tələbələrin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi məqsədilə bütün zəruri təşkilati tədbirlər görülmüşdür.
İmtahan prosesinin gedişi fakültə rəhbərliyi tərəfindən mütəmadi olaraq izlənilir, tələbələrin müraciət və təkliflərinin operativ şəkildə cavablandırılması üçün müvafiq şərait yaradılmışdır.
Pedaqoji fakültənin kollektivi bütün tələbələrə imtahan sessiyasında uğurlar arzulayır.

