Dərsin mövzusu: Çeviklik qabiliyyətini artırmaq məqsədi ilə həndbol idman növündən istifadə.
Dərs yüksək əhval ruhiyədə keçirildi. Şagirdlərin və təcrübəçi tələbələrin dərsə hazırlığı yüksək səviyyədə idi. Dərsi dinləmək üçün fakültənin dekan müavini İ. Haqverdiyev, Təcrübə və karyera şöbəsinin əməkdaşı Misir Fərhadov, Bədən tərbiyəsi və idman kafedrasının müdiri İ.Ağayev, b/m. Ş. Qazaxova, b/m. R. Rəhimova və məktəbin idman müəllimləri iştirak etdilər.
Rəhbər müəllim Bədən tətbiyəsi və idman kafedrasının baş müəllimi Rəhimova Rəmziyyə təcrübə ərzində tələbələrlə bir neçə belə nümunəvi dərs hazırlamış və yüksək qiymətləndirilmişdir.