“Daxili harmoniya: idman və musiqinin ortaq dili” mövzusunda genişmiqyaslı dəyirmi masa

Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə tələbələrin elmi-dünyagörüşünün artırılması məqsədilə “Daxili harmoniya: idman və musiqinin ortaq dili” mövzusunda genişmiqyaslı dəyirmi masa təşkil olunub.
​Tədbir çərçivəsində gənc tədqiqatçılar idman və musiqinin insan fiziologiyası və psixologiyası üzərindəki ortaq təsirlərini elmi prizmadan təhlil ediblər. Müzakirələrdə musiqinin ritmik strukturunun fiziki dözümlülüyə təsiri, idman intizamının isə yaradıcılıq qabiliyyətinə qatdığı dəyərlər əsas mövzu xəttini təşkil edib. Pedaqoji fakültənin tələbələri mövzu ilə bağlı hazırladıqları təqdimatlarla çıxış edərək, gələcək pedaqoqların həm fiziki, həm də mənəvi inkişafının vəhdət təşkil etməsinin vacibliyini diqqətə çatdırıblar. Sonda sual-cavab sessiyası keçirilib və mövzu ətrafında yeni elmi yanaşmalar irəli sürülüb.