11.03.2026-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistr tələbəsi Həsənova Göyçək Paşa qızının 3-cü kurs “İbtidai sinif müəllimliyi” ixtisasında “Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələri” fənnindən “Pedaqoji prosesin qiymətləndirilməsi sahələri” mövzusunda açıq dərsi keçirildi.
Sonda kafedranın professor-müəllim heyəti, fənn müəllimi M. Vəfa və magistr tələbələri dərsi təhlil etdilər və müvafiq qərar qəbul edildi.
Müzakirədə kafedra müdiri dos. A. Quliyev, dos. N. Babayeva, pedaqogika üzrə fəlsəfə doktoru Ə. Şərifova magistr tələbəsi A. Xanım iştirak etdilər.
Açıq dərs 33 balla əla qiymətləndirildi.


