29 yanvar 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasında “Tədris-metodiki sənədlərin müasir dövrün tələbləri səviyyəsində tərtibi qaydaları” mövzusunda təlim uğurla keçirildi.
Təlimçi, Universitetin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva mövzu ilə bağlı maraqlı təqdimat edərək, təhsil proqramı, fənn proqramları, fənn sillabusları, mühazirə mətnlərinin tərtibi qaydaları və s. bu kimi sənədlərə dair ətraflı məlumat verdi.
Kafedranın əməkdaşlarından baş müəllimlər M.Hacıyevanın, S.Həsənovanın, L.Nəbiyevanın, L.Rəfibəylinin, müəllim Ü.Quliyevanın sualları təlimçi tərəfindən ətraflı cavablandırıldı.
Tədris ilinin Yaz semestrini mütəşəkkil başlamaq məqsədilə zəruri hazırlıq işlərini vaxtında, məqsədyönlü şəkildə həyata keçirmək, tədris-metodiki sənədlərin təlimati tələblər gözlənilməklə tərtibini təmin etmək üçün təlimdə aparılan müzakirələr olduqca əhəmiyyətli oldu.
Təlimin sonunda kafedra müdiri, professor S.Qurbanəliyeva çıxış edərək Sevinc xanım Quliyevaya zəngin məzmunlu, dəyərli təlim üçün minnətdarlığını bildirdi.





