Fakültə dekanı, dosent Z. Hüseynzadə imtahan sessiyası ərəfəsində fakültədə təhsil alan əcnəbi tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrin tədris prosesində iştirak səviyyəsi, fənlər üzrə mənimsəmə göstəriciləri və akademik nailiyyətləri diqqət mərkəzində olub. Dekan tələbələrin imtahan sessiyasına hazırlıq vəziyyəti ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verib. Fakültədə ümumilikdə 14 nəfər əcnəbi tələbə təhsil alır.




