GDU Pedaqoji fakültə TEC-in Təşkilatçılığı ilə “İnsan Psixikasının Səssiz Tənəzzülü və Cəmiyyətə Təsiri” adlı Elmi Seminar keçirilib.

Gəncə Dövlət Universitetində Pedaqoji Fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) və Psixologiya kafedrasının təşəbbüsü ilə “İnsan Psixikasının Səssiz Tənəzzülü və Cəmiyyətə təsiri” mövzusunda elmi seminar keçirilmişdir.
Elmi konfransda  GDU-nun  Elm və İnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə,Pedaqoji fakültə dekanı Dos.Z.Hüseynzadə, Psixologiya kafedrasının müdiri Dos.Z.Cavadova,Pedaqoji fakültə TEC elmi rəhbər baş müəllim Telli Cabbarova,p.ü.f.d P.Məmmədova,p.ü.f.d T,Cəlilova,baş müəllim A.Bağırova və müəlim M.Rəhimova , Humanitar məsələlər üzrə dekan müavini Ş.Məmmədov ,GDU TEC sədri L.Ələkbərova,TEC-in idarə heyəti və tələbələr iştirak etmişlər.
ELMİ SEMİNARDA  Pedaqoji fakültədə Azərbaycan dövlətinin  və ilk dəfə olaraq Türk  dövlətinin tələbələrin təhsil aldiqları ixtisaslar üzrə,Ikurs psixologiya,IIvə IIIkurs TSPX,IV kurs ibtidai sinif müəllimliyi tələbələri sosial-psixoloji aktual mövzularda məruzələri ilə çıxış etmişlər.
Tələbələr tərəfindən təqdim olunan məruzələr struktur, məzmun, analitik yanaşma və mövzuya uyğunluq meyarları üzrə qiymətləndirilib, seçilən müəlliflər sertifikatlar və fəxri fərmanlarla təltif olunmuşdur.