“Vokal və onun tədrisi metodikası” seçmə  fənnindən “Tədris repertuarının bədii ifası üzərində iş” mövzusunda açıq dərs

06 may 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi  Aləmzər Xanlar qızı Abdullayevanın “Vokal və onun tədrisi metodikası” seçmə  fənnindən “Tədris repertuarının bədii ifası üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Lətafət Elmir qızı Allahverdiyeva ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.

Açıq dərsdə “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İ.Haqverdiyev,  Gəncə Dövlət Universitetinin fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər Hüseyn oğlu İbrahimov, “Musiqi fənləri” kafedrasının baş müəllimləri S.Həsənova, R.Məmmədova, müəllimlər G.Tağıyeva, F.Məmmədova iştirak etdilər.