Azərbaycan psixoloqlarının Forumu

25-26 aprel 2025-ci il tarixlərində Naxçıvan Dövlət universitetində “Azərbaycan psixoloqlarının Forumu” keçirilmişdir.

Forumda Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru , dossent Zümrüd Cavadova da iştirak etmişdir.

Forumun məqsədi psixoloqları bir araya gətirməklə psixologiya sahəsində yenilikləri, aparılan elmi-tədqiqatlar üzrə təcrübələri bölüşmək, mövcud problemlərin həlli istiqamətində yerli və beynəlxalqtəcrübələr üzrə fikir mübadiləsi aparmaqla gələcək prespektivlərin müəyyənləşdirməkdən ibarət olmuşdur.

Dossent Zümrüd Cavadova Formda “Müasir Azərbaycan məktəbinin psixolojiproblemləri” mövzusunda çıxışı maraqla qarşılanmışdır.