Category Archives: dərslər

“Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 09 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti-4” fənnindən “Qammalar. İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Elmir qızı Pənahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərs keçirildi

28.02.2023-cü il tarixdə Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova “Fiziki tərbiyə ÇQH” ixtisasının II kursunda “Azərbaycanda hərb tarixi” fənnindən “Azərbaycanda XX əsrin əvvəllərində ordu quruculuğu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri dos. Niyazi Nəbiyev, b/m Fikrət Hüseynov və müəl. Zülfiyyə Ələkbərova iştrak etdilər.

“Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 21 fevral tarixində “Musiqi fənləri” kafedrasının   müdiri, professor Sevda Firuddin qızı Qurbanəliyevanın “Azərbaycan muğamı” fənnindən “Muğam Azərbaycan şifahi professional musiqisinin aparıcı janrıdır” mövzusunda  “Musiqi müəllimliyi” ixtisası (magistratura) üzrə I kurs  tələbələri ilə mühazirə şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Dərsdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilmiş, musiqi nümunələri səsləndirilmişdir.

“Polifonik əsər və etüdün bədii ifası üzərində iş” mövzusunda açıq dərs dinlənilmişd

20 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedarsının müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın “Əsa musiqi aləti-3” fənnindən “Polifonik əsər və etüdün bədii ifası üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Səbinə Mübariz qızı Məlikova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Motoatıcı manqanın yürüş, döyüş nizamı və idarəedilməsi” mövzusunda açıq dərs keçirildi

14.12.2022-ci il tarixində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Sərxan Məmmədov Məşqçilik ixtisasının III kursunda Azərbaycanda Ordu quruculuğunun əsasları fəninndən “Motoatıcı manqanın yürüş, döyüş nizamı və idarəedilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, kafedra müdiri dos.N.Nəbiyev, dekan müavini b/m İ.Haqverdiyev, b/m F.Hüseynzadə, müəl. Z.Ələkbərova iştrak etmişdilər.

“İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda açıq dərs dinlənilmişdir

13 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Zahid qızı Həsənovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Günel Cəmşid qızı Namazova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Güləşçilərə, məşqçilərə və hakimlərə verilmiş fəxri adlar” mövzusunda açıq dərs keçirildi

06.12.2022-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Ayət Rüstəmzadənin Məşqçilik ixtisasının III kursunda “SİN nəzəriyyəsi və metodikası” (güləş bölməsi) fənnindən “Güləşçilərə, məşqçilərə və hakimlərə verilmiş fəxri adlar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədrisə nəzarət komissiyasının üzvləri prof. C.İbrahimov, Y.Namazov, fakültə dekanı dos.Z.Hüseynzadə, dekan müavini b/m İ.Haqverdiyev, b/m Sədaqət Bəylərova iştrak etmişdilər.

“Ariya, romans, mahnı müşayiəti üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

05 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Əli qızı Haqverdiyevanın “Konstermeyster sinfi və ansambl-2” fənnindən “Ariya, romans, mahnı müşayiəti üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Günay Gündüz qızı Mehtiyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.