Category Archives: Kateqoriyasız

“Polifonik əsər, etüd və pyes üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

2023-cü il 27 mart tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Əsas musiqi aləti-4” fənnindən “Polifonik əsər, etüd və pyes üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Türkan Fazil qızı Qədimova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

Başın sağ olsun Türkiyə

Qardaş Türkiyə Respublikasında çoxlu sayda insan tələfatına səbəb olan Zəlzələdə dünyasını dəyişən qardaş-bacılarımıza Allahdan rəhmət diləyirik. Zəlzələdə xəsarət alanlara şəfa və tezliklə sağalmalarını Allahdan arzu edirik. Qardaş ölkədə dünyasını dəyişənlərin əzizlərinə və qardaş ölkəyə baş sağlığı veririk.

“Ağırlıq qaldırma və fitnes” fənnindən qabiliyyət imtahanı keçirildi

12.01.2023-cü il tarixində “Ağırlıq qaldırma və fitnes” fənnindən Məşqçilik ixtisasının III kurs tələbələri qabiliyyət imtahanında iştirak etdilər.  İmtahan universitetin fitnes zalında təşkil olunub. İmtahan üçün hər cür şərait var və tələbələr maraqla imtahanda iştirak etdilər. İmtahanın təşkilində və idman qurğularının müasir avadanlıqlarla  təchiz edilməsində universitet rəhbərliyinə tələbələr adından çox sağ ol deyirik.

“Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir

09 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.Konfransda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin F.Əmirovun yaradıcılığına həsr olunmuş mövzularda elmi məruzələri dinlənilmiş, slaydlar nümayiş etdirilmiş, bəstəkarın müxtəlif janrlarda bəstələdiyi əsərlər tələbələrin ifasında səsləndirilmişdir.Gəncə Dövlət Universitetinin “Gəncə SOS Uşaq kəndi” ilə əməkdaşlığının nəticəsi olaraq, “Musiqi

Daha ətraflı

Beynəlxalq elmi-praktik konfranslarda müəllimlərin iştirakı genişlənir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə 6-7 dekabr 2022-ci ildə keçiriləcək “Multikultural sahədə ənənəvi və klassik dəyərlər” mövzusunda Beynəlxalq                         elmi-praktik konfransın materiallarına “Musiqi fənləri” kafedrasının əməkdaşlarının 6 elmi məruzəsi daxil edilmişdir: Qurbanəliyeva S.F. “Идеи мультикультурализма в современном Азербайджане” Hacıyeva M.Ş. “Q.Qarayevin “Yeddi gözəl” baletində multikultural dəyərlərin təzahürü”

Daha ətraflı

Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu keçirilmişdir

26 noyabr 2022-ci ildə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə disleksiya mərkəzi və GDU-nun Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu” keçirilmişdir. Forumda mərkəz Bakıdan, eləcə də Türkiyədən dəvət olunan təlimçilər biri-birindən maraqlı və aktual mövzularla çıxış etmişlər. Keçirilmiş forumda Psixologiya kafedrasının əməkdaşları, eləcə də Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə

Daha ətraflı

“Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” mövzusunda açıq dərs keçirilmişdir

23 noyabr 2022-ci il tarixdə müəllim Sədrəddin Əliyevin Musiqi müəllimliyi ixtisasının III kursunda “Multikulturalizmə giriş” fənnində “Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə kafedra müdiri Cavid Bağırzadə, baş müəllim Azim Mahmudov , müəllim Aytən İsayeva , müəllim Şəhriyar Quliyev iştrak etmişdilər.

“V.Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda açıq dərs keçirildi

26 aprel 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Lalə Hakim qızı Rəfibəylinin “Azərbaycan musiqi tarixi-2” fənnindən “V.Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə mühazirə şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.