Author Archives: Pedaqoji

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə “Azərbaycan musiqi mədəniyyəti tarixində yeni səhifələr və ənənələr” mövzusunda təqdimatlar dinlənilmişdir

2021-ci il 11 noyabr, saat 12.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə BMA-nın fortepiano fakültəsinin II kurs tələbələrinin “Azərbaycan musiqi mədəniyyəti tarixində yeni səhifələr və ənənələr” mövzusunda təqdimatları Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi fənləri” kafedrasının əməkdaşları və “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan  tələbələri tərəfindən  online “Zoom” platforması  üzərindən maraqla dinlənilmişdir.

9 NOYABR – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini

Daha ətraflı

8 NOYABR- ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK!

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun

Daha ətraflı

44 günlük vətən müharibəsində iştrak etmiş məzun şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün stent kompleksinin təntənəli açılış mərasimi keçirildi

Gəncə Dövlət Universitetinin ikinci tədris binasında, 44 günlük vətən müharibəsində iştrak etmiş məzun şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün stent kompleksinin təntənəli açılış mərasimi keçirilmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik və valideyinlərinin qarşısında baş əyirik. https://m.facebook.com/story.php?story_fbid=3214654145447874&id=100007099597356&sfnsn=mo

Elan

28.09.2021-ci il tarixdə saat 1100-da Ümumi pedaqogika kafedrasının fəlsəfə doktoru proqramı üzrə sabiq doktorantı Lalə Vladimir qızı Cahangirovanın 5804.01-ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kiçikyaşlı məktəblilərdə əsaslandırılmış mühakimələr yürütmək bacarıqlarının formalaşdırılması” mövzusunda dissertasiyası müzakirə olunacaqdır. Dissertasiya işi ilə kafedrada tanış olmaq mümkündür.

27 sentyabr “Anım günü”

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv

Daha ətraflı

təqaüd-yaz-2021

2020-202-ci tədris ilinin yaz imtahan semestrinin nəticələrinə əsasən tələbələrin ixtisaslar üzrə təqaüd növləri müəyyənləşdirilmişdir. Təqaüd yaz 2021 – https://dishttps://disk.yandex.ru/i/7jESrBlpjn_9GQ

“Musiqi fənləri” kafedrası

2020-2021-ci tədris ilində “Musiqi fənləri” kafedrasının professor-müəllim heyətindən 7 nəfərə (prof. S.Qurbanəliyeva, b/m S.Həsənova, N.Seyfullayeva, M.Hacıyeva, L.Rəfibəyli, S.Rüstəmova, dissertant A.Şixiyeva) Beynəlxalq konfraslarda iştrak etdikləri üçün 16 sertifikat təqdim edilmişdir.

VII “Uluslararası Müzik və Dans Konqresi” keçirildi (28 may, 2021)

VII “Uluslararası Müzik və Dans Konqresi”ndə (28 may, 2021, Türkiyə, Çeşmə) Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru professor Sevda Qurbanaliyeva online iştirak etmiş, “Nizami Gəncəvinin poeziyası Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda elmi məruzə ilə çıxış etmidir.