GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN Təhsilin Pedaqogikası və Metodikası kafedrasının Dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru, Apoyev Bayram Fəti oglu.
Ünvan: AZ-2000, Gəncə şəhəri, Sahil küçəsi ev 16 Telefon:+994 503362239
E-mail: bayram.apoyev@ mail.ru
bayram.apoyev@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 1957-ci ildə aprel ayının 15-də Azərbaycan Respublikası Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir.
TƏHSİLİ
- 1964-cü ildə Qərbi Azərbaycanın Vedi rayonun Xalisa kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. .
- 1974-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun(indiki ADPU) biologiya-coğrafiya fakultəsinin 1-ci kursuna daxil olmuş, 1978-ci ildə həmin fakultəni bitirmişdir .
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
- 1995-ci ildə dosent elmi adı almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1978-1985-ci illərdə Yevlax rayonunun Nemətabad kənd orta məktəbində biologiya-coğrafiya müəllimi və məktəb direktorunun təlim-tərbiyə işləri üzrə mavini vəzifələrində çalışmışdır.
- 1985-1988-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunun aspiranturasının əyani şöbəsində təhsil almışdır.
- 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi pedaqogika kafedrasında müəllim vəzifəsinə seçilmişdir. 1993-cü ildə həmin kafedrada baş müəllim,1994-cü ildə isə dosent vəzifəsinə seçilmişdir.Həmin ildən 2024-cü ilədək Ümumi pedaqogika kafedrasında Dosent vəzifəsində çalışmışdır.
1995-2002-ci illərdə Pedaqogika-psixologiya fakültəsinin, 2007-2022-ci illərdə isə Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2024-cü ildə Rektorluğun müvafiq əmri ilə Təhsilin Pedaqogikası və metodikası kafedrasında dosent vəzifəsinə keçirilmişdir.
- Elmi fəaliyyəti pedaqogika nəzəriyyəsi və tarixi ilə əlaqədar problemlərin tədqiqi ilə bağlıdır.
.
TƏLTİFLƏRİ
- 1.“Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşcisi” döş nişanı. 2.”Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ” döş nişanı. 3. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk Dünyasının Fəxri Ziyalısı” Uluslararası ödülü.
TƏDQİQAT SAHƏSİ
- Elmi axtarışlarında Nizami Gəncəvinin Pedaqoji görüşlərinin yeni pedaqoji təfəkkür baxımından tədqiqi sahəsində ciddi nəticələrə nail olmuş, bu mövzuda 3 elmi monoqrafiya, 1 dərslik və 1 dərs vəsaiti çap etdirmişdir.
- Ölkəmizdə və xarici ölkələrdə Azərbaycan, rus, ingilis, fıransız və portuqal dillərində dərc olunmuş 100-dən artıq elmi əsərin, o cümlədən 22 monoqrafiya, dərslik, dərs və metodik vəsaitlərin müəllifidir.
.
ELMİ ƏSƏRLƏRİ (2019-2024-cü illər)
- “Pedaqoji-psixoloji fikrin inkişafı: sələflərdən xələflərə” adlı dərs vısaiti mənəvi -əxlaqi kamilliyə və elmi dünyagörüşə çağırışdır GDU, Elmi Xəbərlər, Gəncə 2019 №3
- Researchinq geografikal names in the works of Nizami Ganjavi. Revistal Genero & Direito (G&LD)Universidade federal da Paraiba V №9
- Nizami Gəncəvinin ilk poeması pedaqoji fikirlər xəzinəsidir. ARTİ, Elmi Xəbərlər, Cild-87 №2
- Nizami Gəncəvinin konseptual müddəaları. ARTİ, Elmi Xəbərlər, Cild-88 №1
- Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında. ARTİ, Elmi Xəbərlər, Cild-89 №4
- Nizami Gəncəvi özünütərbiyənin pedaqoji şərtləri haqqında. Nizamişünaslıq. Elmi əsərlər. №7
- Nizami əsərlərində Azərbaycan-türk mənşəli toponimlər. “N.Gəncəvi yaradıcılığında ədəbi və tarixi məsələlər” mövzusunda Beynəlxalq Konfransın mater. Bakı, Azərbaycan Universiteti.
- Nizami Gəncəvi özünütərbiyə vasitə və yolları haqqında. Uluslararası gencəli Nizami Gempoziumu, Atatürk Universiteti Yayınları,
- Heydər Əliyev və Nizami Gəncəvi. Bakı “Şərq-Qərb”.
- Nizamidə özünütərbiyə. Bakı “Nərgiz”.
- Heydər Əliyevin Gəncə şəhərinə Xüsusi münasibəti nizami yurduna və irsinə məhəbbətin təzahürü kimi. “Ümumilli lider H. Əliyev və Gəncə” mövzusunda Respublika Konfransının material. Gəncə, “Elm”.
- Гейдар Алиев – пламенный вестник толерантности и мулътикулътурализма. Мгновения жизни подаренной народи. Бишкек.
- Nizamiyə görə özünütərbiyənin əsas mərhələlərindən biri-özünüdərkdir. Nizamişunaslıq, Elmi əsərlər, Gəncə.
- Nizami Gəncəvinin pedaqoji görüşləri. Bakı “Mütərcim”.
PARTİYALIĞI
- 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.