Allahverdi Səbinə Seyfəddin qızı

1987-ci ildə dekabrın 1-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını  bitirmiş pedaqogika və psixologiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. 2014-cüildə ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasını bitirmiş və Maarif ixtisasının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisaslaşması üzrə magistr elmi -ixtisas dərəcəsi almışdır.

S.S.Allahverdi 2016-2019 cu illərdə Gəncə dövlət Universitetinin Pedaqoqika və təhsilin əsasları kafedrasının 5801.01-“Təlim-tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisası üzrə fəlsəfə doktoru proqramı əsasında doktorantı olmuşdur.

S.S. Allahverdi 2024/2025-ci tədris ilindən etibarən Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Ailəlidir, iki evladı var.

Elmi əsərləri:

  1. İbtidai siniflərdə sinifdənxaric iş zamanı şagirdlərin Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması.”Elm və təhsil” Bakı 2013.
  2. İbtidai sinif şagirdlərinin  Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyəsində xalqımızın adət və ənənələri ilə tanışlığın rolu.” Elm və təhsil” Bakı-2015