
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ MÜƏLLİMİ ƏLİYEV ƏLİ SAHİB OĞLU
Telefon: +994 552776270
E-mail: alialiyev1997@gmail.com
a.aliyev@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 18 iyul 1997-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində (Kirovabad) müəllim ailəsində anadan olub. Azərbaycanlıdır. Subaydır.
TƏHSİLİ
- 2015-ci ildə Gəncə şəhəri M.Paşayev adına 39 saylı ümumtəhsil məktəbinin 11-ci sinfini bitirmişdir.
- 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri” fakültəsinin tar aləti ixtisasına daxil olub, 2019-cu ildə bitirmişdir.
- 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri” fakültəsinin tar aləti ixtisasının magistr pilləsinə daxil olub, 2021-ci ildə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2021-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında ştat üzrə müəllim vəzifəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan muğamlarının tədqiqi, tədrisi və təbliği məsələləri.
- Əməkdaşı olduğu “Musiqi fənləri” kafedrasının konsert həyatında fəal iştirak edir, tarda mahir ifaçı kimi dinləyicilərin rəğbətini qazanıb, tələbə musiqi kollektivlərinin işində yaxından iştirak edir.
ELMİ ƏSƏRLƏRİ
- Əliyev Ə. Azərbaycan muğamlarına bir nəzər. Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı. Gəncə, 2022, №1, s.193-196 (Məqalə).
- Əliyev Ə. “Çahargah” muğamının musiqi estetik xüsusiyyətləri. //Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı. Gəncə, №3, 2022, s. 260-264 (Məqalə).
- Əliyev Ə., Tağıyeva G. “Musiqi müəllimliyi ixtisası üzrə kadr hazırlığında “Əsas musiqi aləti” fənninin yeri və əhəmiyyəti”. //Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı. Gəncə, №4, 2023 (Məqalə).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 2023-cü ildən YAP-ın üzvüdür.