
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ ŞABANOVA SEVİL AĞAƏLI QIZI
TELEFON: +994 554836616
E-MAİL: sevashabanova@gmail.com
sevil.sabanova@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 03 avqust 1962-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ
- 1976-cı ildə Gəncə şəhəri F.Əmirov adına 1 saylı musiqi məktəbini bitirmişdir.
- 1977-ci ildə Gəncə şəhəri N.Krupskya adına 4 saylı ümumtəhsil orta məktəbin səkkizinci sinfini bitirmişdir.
- 1981-ci ildə Q.Hüseynli adına Gəncə (Kirovabad) orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə bitirmişdir.
- 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu “Mədəni-maarif işinin təşkilatçı metodist” ixtisası üzrə (qiyabi) bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1981-1991-ci illərdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində 7 illik uşaq musiqi məktəbində fortepiano müəllimi işləmişdir.
- 1991-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) “Musiqi fənləri” kafedrasında tam ştat üzrə müəllim işləyib, 2011-ci ildən hal-hazıradək baş müəllim işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 15-16 noyabr 2019-cu il tarixdə Gəncə şəhərində ilk dəfə keçirilən “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrasda çıxış etmişdir.
ELMİ ƏSƏRLƏRİ
10-dan artıq elmi əsərin müəllifidir.
- Şabanova S. Soltan Hacıbəyovun yaradıcılığında balet janrı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə üzrə işin ümumpedaqoji məsələləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2019, №1, s. 428-431 (Məqalə).
- Şabanova S. F.Şopenin yaradıcılığında rəqs musiqisindən məktəblilərin musiqi tərbiyəsində istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2020, №2, s. 169-172 (Məqalə).
- Şabanova S. Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan xalq mahnılarından istifadənin imkan və yolları. //AMEA-nın Gəncə Bölməsi, “Xəbərlər” məcmuəsi, “Pedaqoji elmlər seriyası”, 2021, №1 (2), s. 70-75 (Məqalə).
- Şabanova S. Friderik Şopenin yaradıcılığının xüsusiyyətləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2022, №1, s. 248-251 (Məqalə).
- Şabanova S. Friderik Şopenin müxtəlif janrlı fortepiano əsərlərində məktəblilərin musiqi tərbiyəsində istifadənin imkan və yolları. //AMEA-nın Gəncə Bölməsi. “Xəbərlər” məcmuəsi, “Pedaqoji” elmlər seriyası №1 (4), Gəncə, 2022, s. 117-122 (Məqalə).
- Şabanova S. S.Hacıbəyovun uşaq musiqisi və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, Gəncə, №3, 2022, s. 290-294 (Məqalə).
- Şabanova S. “Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun yaradıcılığında Ulu Öndər Heydər Əliyev obrazı”. //Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı, Gəncə, №3, 2023 (Məqalə).
- Şabanova S. “Müasir dövrdə məktəblilərin musiqi tərbiyəsinə verilən əsas tələblər”. //Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı, Gəncə, №4, 2023 (Məqalə).
- Şabanova S. Ümumtəhsil məktəblərinin musiqi dərslərində informasiya kommunikasiya texnologiyalarından istifadə üzrə işin təşkili.//Gəncə Dövlət Universiteti. “Elmi xəbərlər” jurnalı, №.3, 2024. (Məqalə).
- Şabanova S. Ümumtəhsil məktəblərində sinifdənxaric musiqi işlərinə verilən müasir tələblər. // Gəncə Dövlər Universiteti. “Elmi xəbərlər” jurnalı, № 4, 2024. (Məqalə).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.