Rüstəmova Sevinc İlham qızı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ  DOKTORU RÜSTƏMOVA SEVİNC İLHAM QIZI

Telefon: +994 505731473

E-mail: rustamovasevinc5@mail.ru

              sevinc.rustamova@gdu.edu.az

QISA BİOQRAFİK MƏLUMAT:

  • 30 avqust 1982-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki ovladı var.

TƏHSİLİ:

  • 1999-cu ildə Gəncə şəhər A.S.Puşkin adına 9 saylı orta məktəbi bitirmişdir.
  • 1999-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki: Gəncə Dövlət Universiteti) “Pedaqoji” fakültəsinin “Musiqi təhsili” ixtisasına daxil olub, 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib, həmin ildə magistratura pilləsinin  “Musiqişünaslıq” ixtisasına daxil olub, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ:

  • Gəncə Dövlət Universitetində 2005-ci ildən stajçı-müəllim, 2006-cı ildən tam ştat  üzrə müəllim vəzifəsində işləmiş, 2011-ci ildən hal-hazıradək tam ştat üzrə baş müəllim işləyir.
  • Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16.06.2023-cü il tarixli qərarı ilə 6213.01-Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

TƏDQİQAT SAHƏSİ:

  • Poeziya və musiqinin qarşılıqlı əlaqələri, Azərbaycan xalq musiqisinin tədqiqi və tədrisi məsələləri.

 ELMİ ƏSƏRLƏRİ:

  • Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyasında Orta əsrlər dövrünün musiqi mədəniyyətinin tədqiqi // Bakı: “Musiqi dünyası” Beynəlxalq,    elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı,                      № 4/81, 2019, s.100-103. URL: http://www.musigi-dunya.az/4 2019.pdf  (Məqalə).  
  • Rüstəmova S. Məhsəti Gəncəviyə həsr olunmuş operalar //  Bakı: “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, № 2/83, 2020, s. 80-83 (Məqalə).  
  • The Azerbaijanian poet Mahsati Ganjavi`s oeuvre and music // Culture of Ukraine. Scientific Journal.  Kharkiv: KhSAC, İssue 70, 2020,  s.121-129 (Məqalə).

URL: http://www.musigi-dunya.az/pdf/82/2_2020.pdf

  • Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyası xor əsərlərində // Bakı: “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2021. №1/86, s. 61-65 (Məqalə).

URL:http://www.musigi-dunya.az/1_2021.pdf

  • Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyası Azərbaycan bəstəkarlarının vokal əsərlərində // Bakı: “Sənət Akademiyası” (beynəlxalq elmi-nəzəri jurnal). Bak  Xoreoqrafiya Akademiyası, №1 (13),  2021, s. 26-31 (Məqalə).
  • Rüstəmova S. Bəstəkar Rizvan Sədirxanovun “Məhsəti Gəncəvinin rübailəri” vokal silsiləsi // Naxçıvan: Axtarışlar, Cild 15, №2,                    2021, s. 230-236 (Məqalə).
  • Rüstəmova S. “Məhsəti Gəncəvinin yaradıcılıq irsində muğam sənəti”                    // DOİ-dən istifadə ilə “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2023 (Məqalə).
  • Rüstəmova S.İ. “Musiqi sənətində “Xərabat” mövzusuna dair” . //  Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2023, № 4, (Məqalə).

Və s.

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

  • Respublika və Beynəlxalq elmi konfranslarda müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişdir (Azərbaycan mədəniyyətində Məhsəti Gəncəvinin şair və musiqiçi kimi rolu. //Beynəlxalq konfransın materialları.  İstanbul: Kadir Has University Cibali Conqress Center, 4-7 sentyabr, 2019,  s. 228-231; Məhsəti Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti mövzusunun aktuallığına dair // “Gəncənin musiqi mədəniyyətinin tarixi” Respublika konfransının materialları. Gəncə, GDU-nun mətbəəsi, 15-16 noyabr, 2019,     s.23-29; Məhsəti Gəncəvi poeziyası Azərbaycan bəstəkarlarının yaradıcılığında // VI “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Alanya,  30-31 oktyabr, 2020,  s.425-431.

URL: https: //www .imdcongress.com/dosya/arsiv/2020/Bildiri_Kitabi.pdf; Məhsəti Gəncəvinin poeziyası bəstəkar Pikə Axundovanın vokal yaradıcılığında // “Bəstəkar və zaman” Respublika konfransının materialları. Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyası, 20-21 aprel,  2021,         s.180-190; XII əsr Azərbaycan poeziyasında musiqi // VII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Çeşmə, 28-30 may, 2021, s. 470-476; URL: https:// www. imdcongress. com/dosya/arsiv/ 2021_1/Bildiri_ Kitabi.pdf; Məhsəti Gəncəvinin rübailərində musiqi alətlərinin təsviri. // IX “Uluslararası Muzik ve Dans Kongresi”nin materiallarında, Kırğıstan, Bişkek, 20-25 may, 2022, s. 482-490.

URL:https://www.imdcongress.com/dosya/arsiv/2022_1/Kongre_Kitabi.pdf və s.).

DİL BİLGİSİ:

  • Azərbaycan, rus (sərbəst), ingilis (lüğətlə).

PARTİYALIĞI:

  • 2000-ci ildən YAP-ın üzvüdür.