
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ RƏFİBƏYLİ LALƏ HAKİM QIZI
TELEFON: +994 506164669
E-mail: lalarafibeyli@yahoo.com
QISA BİOQRAFİK MƏLUMAT
- 12 sentyabr 1979-cu ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
TƏHSİLİ
- 1998-ci ilədə Q.Hüseynli adına musiqi texnikumunun musiqi nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 2002-ci ildə Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsini musiqi təhsili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 2005-ci ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 2018-ci ildən Gəncə Dövlət Universitetinin 3/83 saylı əmri ilə “Musiqi fənləri” kafedrasına 6213.01-“Musiqi sənəti” ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktorant (qiyabi) qəbul olunmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
- 1998-2012-ci illərdə Q.Hüseynli adına musiqi texnikumunun musiqi nəzəriyyəsi şöbəsində müəllim vəzifəsində işləmişdir.
- 2005-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 0,5 ştat, 2012-ci ildən ştat üzrə müəllim işləyib, 2013-cü ildən hal-hazıradək baş müəllim vəzifəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan bəstəkarlarının yaradıcılıq irsinin tədqiqi və təbliği.
ELMİ ƏSƏRLƏRİ
30-dan artıq elmi əsərlərin, o cümlədən dərs vəsaiti, elmi məqalələrin müəllifidir.
- Rəfbəyli L.H. Qəmbər Hüseynlinin yaradıcılıq irsi. // Gəncə Dövlət
Universitetinin “Elmi xəbərlər” jurnalı. 2018, №3, s. 439-441
(Məqalə).
- Rəfbəyli L.H. Qəmbər Hüseynli və Gəncə. // “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Respublika elmi-praktik konfransın materialları. Gəncə, 2019, s. 87-92 .
- Rəfbəyli L.H. Qəmbər Hüseynlinin yaradıcılıq yolunun mərhələləri.
// “Harmony” Международный музыкальной культурологический
журнал, вып. №18/2019 (Məqalə).
- Rəfbəyli L.H. Məktəblilərin musiqi tərbiyəsində Qəmbər Hüseynlinin
mahnılarından istifadə üzrə işin metodikası. // Gəncə Dövlət
Universitetinin “Elmi xəbərlər” jurnalı. 2020, №1, s. 224-226
(Məqalə).
- Rəfbəyli L.H. Bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığı. // VI “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları.Türkiyə, Alaniya, 30-31oktyabr, 2020, s. 257-262.
URL: https://www.imdcongress.com/dosya/arsiv/2020/Bildiri_Kitabi. pdf
- Rəfbəyli L. H. Qəmbər Hüseynlinin “Ey gözüm, de görmədinmi?” romansı haqqında. // VII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Çeşmə, 28-30 may, 2021. URL: https://www.imdcongress.com/dosya/arsiv/2021_1/Bildiri_Kitabi. pdf
- Rəfbəyli L. H. Məktəblilərin musiqi tərbiyəsində Q.Hüseynlinin uşaq
mahnılarından istifadə. // VIII “Uluslararası Müzik ve Dans
Kongresi”nin materialları. Bakı, 1-3 oktyabr, 2021.
URL: https: // www. imdcongress. com/dosya/arsiv/ 2021_2/ Bildiri_Kitabi.pdf
- Rəfbəyli L.H. Bəstəkar Q.Hüseynlinin yaradıcılığının üslub xüsusiyyətlərinin tədqiqi məsələləri. “Bəstəkar və zaman” Respublika elmi-praktik konfransın materialları. Bakı, 2022, s. 303-309.
- Rəfibəyli L.H. Qəmbər Hüseynlinin romanslarının əsas xüsusiyyətləri.
// “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində”
Beynəlxalq elmi-praktiki konfrans materialları. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, 17 noyabr, 2023-cü il.
- Rəfibəyli L.H. Creatıvıty of composer Gambar Huseynlı. Lublin. Poland, Beynəlxalq elmi bazaya daxil olan “KELM” jurnalı, №4/56, 2023, s. 55-58.
URL: chrome-extension://efaıdnbmnnnibpcajpcglclefındmkaj /https:// elmczasopisma com/viewpdf/ 10687
- Rəfibəyli L.H. Qəmbər Hüseynlinin uşaq mahnılarının musiqi dilinin
xüsusiyyətləri. // DOİ-dən istifadə ilə “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı. Bakı, 2023.
- Rəfibəyli L.H. Qəmbər Hüseynlinin vokal yaradıcılığında romans janrı.
// “Sənət Akademiyası” (beynəlxalq elmi-nəzəri jurnal). Bakı Xoreoqrafiya Akademiyası, 2023, №5 (25), s. 60-70.
- Rəfibəyli L.H. Qəmbər Hüseynlinin instrumental əsərləri. //“Konservatoriya” jurnalı. Azərbaycan Milli Konservatoriyası, Bakı,
2023.
Və s.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Bir sıra respublika və beynəlxalq elmi konfranslarda müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişdir (15-16 noyabr 2019-cu il tarixində “Gəncənin musiqi mədəniyyətinin tarixi” Respublika konfransı; 30-31 oktyabr 2020-ci il tarixlərində VI “Uluslararası Müzik ve Dans Kongresi”; 27.04.2021-ci il tarixində GDU-da keçirilən “Nizami Gəncəvinin musiqi dünyası” elmi-praktik konfrans; 28-30 may 2021-ci il tarixlərində VII “Uluslararası Müzik ve Dans Kongresi”; 01-03 oktyabr 2021-ci il tarixlərində VIII “Uluslararası Müzik ve Dans Kongresi”; 4-5 may 2022-ci il tarixlərində “Bəstəkar və zaman” Respublika elmi-praktik konfransı; 17 noyabr 2023-cü il tarixlərində “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” beynəlxalq elmi-praktiki konfrans və s.).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 1999-cu ildən YAP-ın üzvüdür.