
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ MÜƏLLİMİ MƏHƏRRƏMOVA SƏMA BƏŞİR QIZI
Telefon: +994 556523150
E-mail: Semameherremova74@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
- 1974-cü il dekabrın 8-də Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ
- 1991-ci ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı ümumtəhsil məktəbini bitirmişdir.
- 1988-ci ildə Gəncə şəhər F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfini bitirmişdir.
- 1996-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu (indiki: Gəncə Dövlət Universiteti) “İbtidai təlim pedaqogikası və metodikası əlavə “Musiqi” ixtisası üzrə (əyani) bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 01.09.1997-26.12.2007-ci illərdə Daşkəsən rayon Bayan kəndinin ümumtəhsil məktəbində musiqi müəllimi vəzifəsində işləmişdir.
- 15.09.2010-16.09.2016-cı illərdə Gəncə Regional Kollecində musiqi müəllimi vəzifəsində işləmişdir.
- 16.09.2016-cı ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim vəzifəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası.
ELMİ ƏSƏRLƏRİ
10-dan artıq elmi əsərin müəllifidir.
- Məhərrəmova S. V.Adgözəlovun yaradıcılığının əsas cəhətləri və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №4, 2018, s. 460-463 (Məqalə).
- Məhərrəmova S. V. Adıgözəlovun kamera-instrumental, simfonik musiqisi və məktəblilərin musiqi təərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №1, 2019, s. 382-387 (Məqalə).
- Məhərrəmova S. Bəstəkar Ələkbər Tağıyev və Gəncə. // “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Respublika elmi-praktik konfransın materialları.15-16 noyabr, Gəncə, 2019, s. 87-90.
- Məhərrəmova S. Vasif Adıgözəlovun mahnı-romans yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, Gəncə, №1, 2020, s. 203-206 (Məqalə).
- Məhərrəmova S. Y. Haydnın yaradıcılığının əsas cəhətləri. Gəncə Dövlət
Universitetinin “Elmi xəbərlər” jurnalı, Bakı, №1, 2021, s. 135-138 (Məqalə).
- Məhərrəmova S. Bəstəkar Şəfiqə Axundovanın uşaq mahnılarından məktəblilərin musiqi tərbiyəsində istifadə. // AMEA Gəncə Bölməsinin “Xəbərlər” məcmuəsi, “Pedaqoji elmlər” seriyası. Gəncə, №1 (2), 2021, s. 49-54 (Məqalə).
- Məhərrəmova S. Fikrət Əmirovun yaradıcılığında xalq təfəkkürünün ənənələri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №2, 2021, s. 162-165 (Məqalə).
- Məhərrəmova S. Y.Haydnın simfonik yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №1, 2022, s. 226-230 (Məqalə).
- Məhərrəmova S. Y.Haydnın fortepiano yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. // AMEA Gəncə Bölməsinin “Xəbərlər” məcmuəsi, “Pedaqoji elmlər” seriyası. Gəncə, №1(4), 2022, s. 91-95 (Məqalə).
- Məhərrəmova S. Ağabacı Rzayevanın yaradıcılığında uşaq musiqisi. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, Gəncə, №3, 2022, s. 283-287 (Məqalə).
- Məhərrəmova S. Ümumtəhsil məktəblərində xorla oxumanın məqsəd və
məzmunu. // XI “Uluslararası Müzik ve Dans Kongresi”nin (Türkiyə, Kütahya) materialları. URL: https://www. imdcongress. com/dosya/arsiv/ 2023_2/ozet_kitapcigi.pdf
- Məhərrəmova S. Uşaq xoru ilə işin əsas məsələləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, № 4, 2023 (Məqalə).
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Beynəlxalq və respublika elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir (15-16 noyabr 2019-cu il tarixində Gəncədə ilk dəfə keçirilən “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrans; 26-30 avqust 2023-cü il tarixində XI “Uluslararası Müzik ve Dans Kongresi” və s.).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst).
PARTİYALIĞI
- 2011-ci ildən YAP-ın üzvüdür.