
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ MƏHƏRRƏMOVA GÜLTƏKİN SABİR QIZI
Telefon: +994 505980260
E-mail: maharramovagultekin@gmail.com
gultekin.maharramova@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 24 iyun 1964-cü ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, 2 övladı var.
TƏHSİLİ
- 1979-cu ildə M.Füzuli adına 22 saylı ümumtəhsil orta məktəbinin 8-ci sinfini və 5 saylı Uşaq musiqi məktəbinin 7-ci sinfini bitirmişdir.
- 1983-cü ildə Q.Hüseynli adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Mədəni-maarif” fakültəsini (əyani) bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 25.12.1987-25.07.1989-cu illərdə Ukraynanın Kiyev şəhərində 748 saylı məktəbəqədər müəssisədə musiqi rəhbəri, 01.02.1990-14.11.1990-cı ilədək Voroşilovqrad (Luqansk) vilayətinin Krasnıy Luc şəhərində Mərkəzi Mədəniyyət sarayında mədəni-maarif təşkilatçısı vəzifəsində işləmişdir.
- 06.03.1991-09.02.1994-cü illərdə Gəncə şəhəri Mərkəzi Mədəniyyət evində mədəni-kütləvi təşkilatcı, 01.04.1994-16.04.1996-cı illərdə Q.Hüseynli adına Gəncə Musiqi texnikumunda müşayiətçi, 1993-cü ildən saat hesabı üzrə müəllim işləmişdir.
- 1996-cı ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki: Gəncə Dövlət Universiteti) “Musiqi fənləri” kafedrasında stajçı müəllim, daha sonra ştat üzrə müəllim işləyib, 2010-cu ildən hal-hazıradək baş müəllim işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası.
ELMİ ƏSƏRLƏRİ
20-dən artıq elmi məqalələr və konfrans materiallarının müəllifidir:
- Məhərrəmova G.S. Vasif Adıgözəlovun xor yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №1, 2020, s. 198-203 (Məqalə).
- Məhərrəmova G.S. D.D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti. Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. //Gəncə, №1, 2021, s.131-134 (Məqalə).
- Məhərrəmova G.S. Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən istifadənin əhəmiyyəti və yolları. //VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Bakı, 1-3 oktyabr, 2021.
- Məhərrəmova G.S. D.D.Şostakoviçin fortepiano yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №2, 2021, s. 159-162 (Məqalə).
- Məhərrəmova G.S. D.D.Şostakoviçin simfonik əsərlərindən məktəblilərin musiqi tərbiyəsində istifadənin imkan və yolları. //AMEA Gəncə Bölməsinin “Xəbərlər” məcmuəsi, “Pedaqoji elmlər” seriyası. Gəncə, №1(4), 2022, s. 84-90 (Məqalə).
- Məhərrəmova G.S. “Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin qorunması və inkişafına xidmət edən layihələri” //Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində keçirilən “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda Respublika elmi-praktik konfransın materialları. Bakı, “Mütərcim”, 2023, s. 134-137.
Və s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Beynəlxalq və Respublika elmi konfranslarında müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişdir (15,16 noyabr 2019-cu il tarixində “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Respublika konfransı; 01-03 oktyabr 2021-ci ildə VIII “Uluslararası Müzik ve Dans Kongresi”;19 avqust 2022-ci ildə X “Uluslarası Müzik ve Dans Kongresi”; 26-27 aprel 2023-cü ildə Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktik konfransı və s.).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.