
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLİMİ, PEDAQOQİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU MƏMMƏDOVA RƏŞİDƏ HAMLET QIZI
Telefon: +994 558110868
E-mail: rashida.mamedova.68@mail.ru
rasida.mammadova@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 01 avqust 1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ
- 1983-cü ildə Naxçıvan şəhəri 3 saylı (rus bölməsi) ümumtəhsil orta məktəbi bitirmişdir.
- 1982-ci ildə Naxçıvan şəhəri 1 saylı musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1983-cü ildə Ü.Hacıbəyli adına Naxçıvan şəhər orta ixtisas məktəbinin fortepiano şöbəsinə daxil olmuş, 1987-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
- 1987-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsinə daxil olub, 1993-cü ildə bitirmişdir.
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya
Komissiyasının 15 yanvar 2013-cü il tarixli (pr.№02-k) qərarı ilə
13.00.01-“Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası
üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ0
- Gəncə Dövlət Universitetində 1996-cı ildən stajçı-müəllim, 2000-ci ildən tam ştat üzrə müəllim işləyib, 2005-ci ildən hal-hazıradək tam ştat üzrə baş müəllim işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası.
ELMİ ƏSƏRLƏRİ
30-dan artıq elmi əsərin müəllifidir.
- Məmmədova R. Modest Petroviç Musorqskinin fortepiano əsərlərindən istifadə üzrə işin metodikası. // AMEA Gəncə Bölməsinin “Xəbərlər məcmuəsi”, “Pedaqoji elmlər” seriyası. Gəncə, №1(4), 2022, s. 102-105 (Məqalə).
- Məmmədova R. Məktəblilərin musiqi tərbiyəsində “Şüştər” muğamından istifadənin imkan və yolları. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. 2022, №3, s. 278-283 (Məqalə).
- Məmmədova R. O.Zülfüqarovun uşaq musiqi tərbiyəsində rolu. // Gəncə Dövlət Univetsitetinin “Elmi xəbərlər” jurnalı, 2021, №2, s. 172-175 (Məqalə).
- Məmmədova R. O.Rəcəbovun yaradıcılığlı və məktəblilərin musiqi tərbiyəsində fəaliyyəti. // AMEA Gəncə Bölməsinin “Xəbərlər” məcmuəsi, “Pedaqoji elmlər” seriyası, 2021, №1(2), s. 60-64 (Məqalə).
- Məmmədova R. M.P.Musorqskinin opera yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2022, №1, s. 217-220 (Məqalə).
- Məmmədova R.H. Ümummilli Lider Heydər Əiyevin Azərbaycan bəstəkarlarına qayğıları. // XI “Uluslararası Müzik ve Dans Kongresi”nin (Türkiyə, Kütahya, 26-30 avqust, 2023) materialları. URL: https://www. imdcongress. com/dosya/arsiv/ 2023_2/ozet_kitapcigi.pdf
- Məmmədova R.H. “Musiqi”dən məktəb kurikulumunun tələblərinin musiqi dərsində tətbiqi məsələləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2023, № 4 (Məqalə).
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Bir sıra respublika və beynəlxalq elmi konfranslarında müxtəlif mövzularda məruzələrlə çıxış etmişdir (15,16 noyabr 2019-cu il tarixində Gəncədə ilk dəfə keçirilən “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrans; 26-30 avqust 2023-cü il tarixində XI “Uluslararası Müzik ve Dans Kongresi”).
DİL BİLGİSİ
- Azərbaycan, rus dilləri (sərbəst).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.