
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ HAQVERDİYEVA NƏRGİZ ƏLİ QIZI
Telefon: +994 506615168
E-mail: nargiz.haqverdieva@gmail.com
nargiz.haqverdiyeva@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 29 iyun 1968-ci ildə Qazaxıstan Respublikasının Cambul şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1976-cı ildən Kirovabad (Gəncə) şəhərində yaşayır. Ailəlidir, üç övladı var.
TƏHSİLİ
- 1983-cı ildə Gəncə şəhər Z.Kosmodemyanskaya adına 30 saylı ümumtəhsil orta məktəbin rus dili bölməsinin səkkizinci sinfini və 2 saylı uşaq musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1987-cü ildə Gəncə şəhər Q.Hüseynli adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisas üzrə (əyani) fərqlənmə diplomu ilə bitirmişdir.
- 1992-ci ildə Kurmanqazı adına Alma-Ata Dövlət Konservatoriyasını (qiyabi) fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1985-1987-ci illərdə Gəncə şəhər 3 saylı Dəmiryol internat məktəbində musiqi dərnəyinin rəhbəri vəzifəsində işləmişdir.
- 1987-1992-ci illərdə Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbində konsertmeyster vəzifəsində işləmişdir.
- Gəncə Dövlət Universitetində 1992-ci ildən stajçı müəllim, 1993-ci ildən tam ştat üzrə müəllim işləyib, 2004-ci ildən hal-hazıradək baş müəllim vəzifəsində işləyir.
TƏDQOQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası
ELMİ ƏSƏRLƏRİ
30-dan artıq elmi əsərlərin, o cümlədən dərs vəsaiti, tədris proqramlarının həmmüəllifidir.
- Qurbanəliyeva S., Haqverdiyeva N., Hacıyeva M. və b. Fortepianoda qamma, akkord və arpecioları çalmaq üçün vəsait. Bakı, 2007, 42 s. (Dərs vəsaiti).
- Haqverdiyeva N. A.Məlikovun balet yaradıcılığı. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalında “№1, 2020, s. 417-421 (Məqalə).
- Haqverdiyeva N. N.A.Rimski-Korsakovun yaradıcılığının əsas xüsusiyyətləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalında “№1, 2021, s. 126-130 (Məqalə).
- Haqverdiyeva N. Fortepiano ifaçılığının təlimi prosesində notdan (üzdən) oxu vərdişlərinin inkişafının əsas cəhətləri. //“Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri” jurnalı. Bakı, ADPU, 2021, №2 (10), s.79-84 (Məqalə).
- Haqverdiyeva N. Qara Qarayevin “Yeddi gözəl” baletində Nizami Gəncəvinin poeziyasının təcəssümü. // VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Bakı, 2021, 1-3 oktyabr.
- Haqverdiyeva N. Konsertmeyster bacarığının mahiyyəti və əhəmiyyəti. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, №3, 2022, s. 268-273 (Məqalə).
- Haqverdiyeva N. Традиции мультикультурализма в творчестве Кара Караева. //Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” beynəlxalq fənlərarası elmi-praktik konfransın materialları, Bakı, 2022, 6-7 dekabr, s.121-130.
- Хаквердиева Н.. Место и значение использования Азербайджанских народных песен и танцев в музыкальном воспитании школьников. // “Pedaqogikanın və psixologiyanın aktual problemləri” (“Актуальные проблемы педагогики и психологии”) mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransın materialları. Moskva, 13 aprel, 2023, s. 316-323.
Və s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAK
- Respublika və Beynəlxalq elmi konfranslarda müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmiş və sertifikatlarla təltif olunmuşdur: “Gəncənin musiqi mədəniyyətinin tarixi” (Gəncə), VIII “Uluslararası Müzik ve Dans Kongresi” (Bakı), “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” (Bakı), VIII “Актуальные проблемы педагогики и психологии” (Moskva) və s.
DİL BİLGİSİ
- Azərbaycan, rus, türk (sərbəst), ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.