
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ HACIYEVA MEHRİBAN ŞÖVKƏT QIZI
Telefon: +994 557831799
E-mail: mehriban.hajiyeva@mail.ru
mehriban.haciyeva@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 22 yanvar 1971-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə)
şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, üç övladı var.
TƏHSİLİ
- 1986-cı ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta ümumtəhsil məktəbinin səkkizinci sinfini və 1 saylı uşaq musiqi məktəbinin yeddinci sinfini fərqlənmə attestatları ilə bitirmişdir.
- 1990-cı ildə Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1995-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini (əyani) bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- Gəncə Dövlət Universitetində 1995-cı ildən stajçı müəllim, 1998-ci ildən tam ştat üzrə müəllim işləyib, 2005-ci ildən hal-hazıradək tam ştat üzrə baş müəllim işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası
ELMİ ƏSƏRLƏRİ
30-dan artıq elmi məqalələrin, o cümlədən dərs vəsaitinin müəllifidir.
- Qurbanaliyeva S.F., Hacıyeva M.Ş., Haqverdiyeva N.Ə. və b. Fortepianoda qamma, akkord və arpecioları çalmaq üçün vəsait. Bakı, ADPU, 2006, 41s. (Dərs vəsaiti).
- Hacıyeva M. T.Quliyevin kinofilmlərə bəstələdiyi musiqi və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan yolları. GDU-nun “Elmi xəbərlər” jurnalı, №1, Gəncə, 2020. s.191-195 (Məqalə).
- Hacıyeva M. Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının uşaq fortepiano əsərlərindən istifadə. //VI “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Alanya-2020, s. 290-295, 30-31oktyabr.
URL: https: //www.imdcongress.com/dosya/arsiv/2020/Bildiri_Kitabi.pdf
- Hacıyeva M. F.Əmirovun yaradıcılığında Nizami obrazı. //VII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Çeşmə, 2021, 20-21 may, s. 345-350.
URL:https://www.imdcongress.com/dosya/arsiv/2021_1/Bildiri_Kitabi. pdf
- Hacıyeva M. Məktəblərin musiqi tərbiyəsində xarici ölkə bəstəkarlarının fortepiano əsərlərindən istifadə. //VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Azərbaycan, Bakı, 2021, 1-3 oktyabr, s.365-369.
URL:https://www.imdcongress.com/dosya/arsiv/2021_2/Bildiri_Kitabi. pdf
- Hacıyeva M. Fortepiano sinfində Azərbaycan bəstəkarlarının pyesləri üzərində işin metodikası. //ADPU-nun “Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri” jurnalı №2 (10), Bakı, 2021, s.72-78 (Məqalə).
- Hacıyeva M. “K.Səfərəliyevanın yaradıcılığı və fortepiano məktəbinin inkişafında rolu”. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı (№3, 2022, s.264-268 (Məqalə).
- Hacıyeva M. Q.Qarayevin “Yeddi gözəl” baletində multikultural dəyərlərin təzahürü. //Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” Bəynəlxalq fənlərarası elmi-praktik konfrans materialları. Bakı, “İmza” nəşrlər evi, 2023, 6-7 dekabr, 113-120 s.
URL:https://www.musicacademy.edu.az/az/kheberler/konfranslar/3204-konfranslar-6-7dekabr-2022
- Hacıyeva M.Ş. Ulu öndər Heydər Əliyevin bəstəkar Tofiq Quliyevin
yaradıcılığına göstərdiyi qayğılar. //Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində keçirilən “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, “Mütərcim”, 2023, s. 59-61.
- Hacıyeva M.Ş. S.V.Raxmaninovun yaradıcılıq irsindən ümumtəhsil məktəblərinin sinifdənxaric musiqi işlərində istifadənin məqsəd və məzmunu. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, № 3, 2023.
Və s.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Beynəlxalq və Respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış edir (“Gəncənin musiqi mədəniyyətinin tarixi” Respublika elmi-praktik konfransı, VI, VII, VIII “Uluslararası Muzik ve Dans Kongresi”, GDU-nun “Musiqi fənləri” kafedrasında keçirilən “Nizami Gəncəvinin musiqi dünyası” elmi-praktik konfransı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən “Multikultural sahədə ənənəvi və klassik dəyərlər”, “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” Respublika konfransları və s.).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst), türk, ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.