
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ MÜƏLLİMİ BAYRAMOVA ŞÖVKƏT ƏNVƏR QIZI
Telefon: +994 507595220
E-mail: shokibayramova1958@gmail
sovkat.bayramova@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 13 iyul 1958-ci ildə Azərbayca Resbuplikası Daşkəsən rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ
- 1973-ci ildə Gəncə şəhər 11 saylı orta məktəbin 8-ci sinfini bitirib.
- 1977-ci ildə Gəncə Musiqi Kollecinin “Fortepiano” şöbəsini fərqlənmə diplomu ilə bitirib.
- 1984-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Mədəni-maarif” fakültəsini (qiyabi) bitirib.
ƏMƏK FƏALİYYƏTİ
- 1975-1977-ci illərdə Gəncə şəhər 27 saylı Uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləyib.
- 1977-1990-cı illərdə Gədəbəy rayonu Uşaq Musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyib.
- 1990-cı ildən Gəncə şəhər Musiqi Kollecində fortepiano müəlimi vəzifəsində işləyib.
- 1999-cu ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 0,5 ştat əvəzçilik üzrə konsertmeyster, daha sonra müəllim işləyib, 2021-ci ildən hal-hazıradək tam ştat üzrə müəllim işləyir.
TƏLTİFLƏRİ
- Gəncə Dövlət Universitetinin rektorluğun 2/45 saylı əmri ilə 21.11.2011-ci
ildə “Fəxri Fərman”la təltif olunub.
- Gəncə Dövlət Universitetinin rektorluğun 2/138 saylı əmri ilə 02.10.2019-cu il tarixində “Fəxri Fərman” la təltif olunub.
TƏDQİQAT SAHƏSİ
- Uşaq mahnılarının ümumi təhsil müəssisələrində tədrisi məsələləri.
ELMİ ƏSƏRLƏRİ
- Abdullayeva A., Bayramova Ş. Uşaq mahnıları. I cild. Bakı, “Elm və təhsil”, 2022, 28 s.
- Abdullayeva A., Bayramova Ş. Azərbaycan bölgələrinin mahnılarda tərənnümü. Bakı, “Elm və təhsil”, 2023, 44 s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 15-16 noyabr 2019-cu il tarixdə Gəncədə ilk dəfə keçirilən “Gəncənin musiqi mədəniyyətinin tarixi” adlı Respublika elmi-praktik konfransda “Gəncə şəhərinin musiqi həyatında beynəlxalq musiqi festivallarının yeri və əhəmiyyəti” mövzusunda elmi məruzə ilə çıxış edib.
- GDU-nun “Musiqi fənləri” kafedrası nəzdində tələbə musiqi dərnəklərinin işində yaxından iştirak edir, tələbələrlə konsert proqramları hazırlayır.
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 2012-ci ildən YAP-ın üzvüdür.