Nəbiyev Niyazi Hüseynalı o

Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri: dosent Niyazi Nəbiyev

tel: 055-211-66-67

E-mail: niyazi.nabiev@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

– 1977-ci il fevralın 01-də Ermənistan Respublikasının Vardenis rayonunun  Zərkənd kəndində ziyalı ailəsində anadan olmuşdur.

– 1984-cü ildə Vardenis rayonunun Zərkənd kənd tam orta məktəbin 1-ci sinfinə getmiş, məlum hadisələrlə əlaqədar olaraq təhsilini Gəncə şəhər A.S.Puşkin adına 9 saylı orta məktəbdə davam etdirmişdir

– 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ ADLARI

 – 1997-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Peşə təlimi ixtisasına daxil olub.

– 2001-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Peşə təlimi ixtisasını bitirib.

– 2006-ci ildə Gəncə Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

– 2009-2013- cü ildə Gəncə Dövlət Universitetində Bədən tərbiyəsi və idman ixtisası üzrə ikinci ali təhsilini alıb

– 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Atestasiya Komissiyasının qərarı ilə Dosent elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

– 2002- ci ildə Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında məşqçi müəllim

– 2010-cu Gəncə Dövlət Universitetinin Bədən tərbiyə və idman kafedrasında müəllim

– 2019-2021-ci il dekabr ayınadək Fiziki tərbiyə,çağırışaqədərki hazırlığı və mülki müdafiə kafedrasının müdir əvəzi

– 2021-ci il 24 dekabrdan 07.01.2025-ci ilədək Fiziki tərbiyə,çağırışaqədərki hazırlığı və mülki müdafiə kafedrasının müdiri

– 2025-ci ildə 0,5 ştat əvəzçi müəllim

TƏLTİFLƏR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi qərarı ilə Basketbol idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı verilmişdir

TƏDQİQAT SAHƏSİ

Tədris planında nəzərdə tutulmuş fənnlər üzrə 32 fənn proqramı hazırlanmış və Universitet Elmi Şurasında təsdiq edilmişdir. Bakalavr pilləsi üçün hazırlanmış “Hərbi qanunvericiliyin əsasları”, “Mülki müdafiə və ilkin tibbi yardım”, magistr pilləsi üçün isə “Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığın müasir problemləri” və “Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığın tarixi və metodologiyası” fənn proqramları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək qrif almışdır.

ELMİ ƏSƏRLƏRİ

 31-dən çox elmi əsərləri, o cümlədən, 36 fənn proqramı və “İdman qurğuları və sadə idman qurğularının quraşdırılması”, “Ümumtəhsil məktəblərində idman-sağlamlaşdırıcı turizm” dərs vəsaitləri çap olunub

BEYNƏLXALQ VƏ RESPUBLIKA SIMPOZIUM VƏ KONFRANSLARDA IŞTIRAKI:

Azərbaycan Respublikasında, eləcə də ölkə hüdudlarından kənarda keçirilmiş beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir. 2019-cu ildə EQAÇ keyfiyyətin təminatı mərkəzinin yaradılması və inkişafı – EQAÇ layihəsi. ERASMUS proqramı çərçivəsində Ketten Kral Texnologiyalar İnstitutunda keçirilən konfransda iştirak etmişdir.