Yahyayev Taleh Gəncə şəhərində anadan olub. 2008-ci ildə Bülbül adına musiqi məktəbini bitirib. 2012-ci ildə Gəncə Dövlət Universitetinin “Musiqi təhsili”, 2015-ci ildə isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademyasının “Solo oxuma və Opera hazırlığı” ixtstisası üzrə SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovalar, dosent Sevda Məmmədovanın sinfini bitirmişdir. Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena Obratsova (Rusiya), Teymuraz Ququşvili(Gürcüstan) və s. ustadlıq dərslərinin iştirakçısı olub. Bir çox Xarici ölkələrdə ( Almaniya, Macarıstan, Türkiyə, İtaliya, Yunanıstan, Çexia, Qazaxıstan) –da keçirilən festivallarda, müsabiqələrdə, 4 qızıl medal və xüsusi mükafatlar qazanıb, 2015 Afinada “Carlos Almaran” adına keçirilən Beynəlxalq müsabiqənin Qran pri mükafatçısıdır. Beynəlxalq müsabiqələr laureatıdır. 2013-cü ildən A. Zeynallı adına Musiqi kollecində və Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyə başlamışdır. 2015-ci ildən isə Azərbaycan Dövlət Opera və Balet teatrının ən gənc solistdir. Əldə etdiyi nəaliyyətlərə görə Prezident fərdi təqaüdünə layiq görülüb.