Category Archives: Kateqoriyasız

Yeni il şənliyi

20 dekabr 2024 tarixində Pedaqoji fakültədə Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva fakültə dekanı dos Zaur Hüseynzadə, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etdilər.

” Qoşa oyun taktikası” mövzusunda açıq dərs

17 dekabr 2024 cü il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi İlham Ağayevin Məşqçilik 1 ci kurs tələbələri ilə Seçmə İdman Növləri-1 fənnindən ” Qoşa oyun taktikası” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə fakültə dekanı dos Zaur Hüseynzadə, dekan müavini baş müəllim İlqar Haqverdiyev və rektorluğun nümayəndəsi prof Cəfər ibrahimov iştirak etdilər.

“Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərs

05.12.2024 tarixində Təhsilin pedaqogikasi və metodikasi kafedrasının dossenti Günay Kazımovanın İbtidai sinif müəllimliyi 4 kurs tələbələri ilə Tehsilin esaslari fənnindən “Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə retorluğun nümayəndəsi prof. Cəfər ibrahimov kafedranın dossenti Nübubət Babayeva və digər əməkdaşları iştirak edirdilər

“Ariya, romans və mahnı üzərində iş” mövzusunda açıq dərs

Təsdiq olunmuş qrafik əsasında 13 dekabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Elburus qızı Quliyevanın “Konsertmeyster sinfi və ansambl” seçmə fənnindən “Ariya, romans və mahnı üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Vüsal Vüqar oğlu Mustafazadə ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.Açıq dərsdə “Musiqi fənləri” kafedrasının müdiri, professor

Daha ətraflı

“Azərbaycanda ordu quruculuğunun memarı Heydər Əliyevin uzaqgörən siyasəti” mövzusunda açıq dərs

12 dekabr 2024 cü il tarixində Fiziki tərbiyə, mülki müdafiə və çağırışaqədərki hazırlıq kafedrasının müəllimi Sərxan Əmiraslanovun Fiziki tərbiyə və ÇQH ixtisasının III kurs tələbələri ilə Azərbaycanda ordu quruculuğunun əsasları fənnindən “Azərbaycanda ordu quruculuğunun memarı Heydər Əliyevin uzaqgörən siyasəti” mövzusunda açıq dərsi dinlənildi. Dərsin başlanğıcında Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha ətraflı

” Erkən gənclik yaşı dövründə şəxsiyyətin formalaşması” mövzusunda açıq dərs

11 dekabr 2024 cür il tarixində Psixologiya kafedrasının baş müəllimi Telli Cabbarovanın Təhsildə Sosial-psixoloji xidmət və Psixologiya ixtisaslarının II kurs tələbələri ilə Uşaq və yaş psixologiyası fənnindən ” Erkən gənclik yaşı dövründə şəxsiyyətin formalaşması” mövzusunda açıq dərsi dinlənilmişdir. Dərsdə Fakültə dekanı dos Zaur Hüseynzadə, psixologiya kafedrasının müdiri dos Zümrüd Cavadova və kafedranın müəllimləri iştirak etdilər

Ümummilli Lider Heydər Əliyevin anım günü

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bu münasibətlə fakültənin bir qrup tələbəsi, dekan müavini Şahmar Məmmədov və kafedra müdiri dos Niyazi Nəbiyev Ulu öndərin abidəsini ziyarət etdilər. Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

“Əfsanəvi pəhləvan-Rəşid Yusifov haqqında” mövzusunda açıq dərs

10 dekabr 2024 cür il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rüstəmzadə Ayət Rüstəm oğlunun Məşqçilik III kurs tələbələri ilə Güləş və OTM fənnindən “Əfsanəvi pəhləvan-Rəşid Yusifov haqqında” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə fakültə dekanı dos. Zaur Hüseynzadə, dekan müavini baş müəllim İlqar Haqverdiyev, bəgən tərbiyəsi və idman kafedrasının müdiri baş müəllim Urfan

Daha ətraflı

Payız imtahan sessiyasına hazırlıq

Fakültədə 2024-2025- ci tədris ilinin payız sessiyasına hazırlıq tədbirləri davam edir. Məsləhət saatlarının qrafiki , imtahan cədvəli , imtahana aid digər sənədlər təsdiqlənərək möhürlənib və ayrıca faylları qoyulub , imtahan formalarına uyğun biletlər möhürlənib , biletlərə aid 75 sayda suallar fakültənin elanlar güşəsində dərc edilib. Test tapşırıqlarına aid suallar tələbələrə təqdim olunub.