Author Archives: Pedaqoji

İmtahan sessiyası

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Pedaqoji fakültədə qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət imtahanları keçirilir.

20 YANVAR

Üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi.Müstəqil tariximizin şanlı səhifəsinə çevrilən həmin

Daha ətraflı

Müsabiqə: Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il

Pedaqoji fakültədə Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə I-II kurs tələbələri arasında “Divar qəzeti” müsabiqəsi keçirilmişdir. I , II , III yerə layiq görülmüş qrupların idarə heyyətinə fəxri fərmanlar təqdim olunmuşdur. Digər qəzetlərin idarə heyətlərinə fakültə elmi şurası adından təşəkkür elan olunmuşdur.

Dərin hüznlə anırıq

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Fakültənin professor-müəllim heyəti öz kədərini bildirir. Qəzada həlak olanların yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyir.

Elmi şura

24.12.2024-cü il tarixində Pedaqoji fakültə elmi şurasının iclasının keçirilmişdir. Gündəlik məsələlər1. Payız imtahan sessiyasına hazırlıq tədbiri2. 2024-cü il üçün elmi tədqiqat işlərinin yekunu3. Magistr dissettasiya işlərinin icra vəziyyəti 4. Müsabiqə üzrə müəllim seçkisi5. Cari məsələ: 1. Kafedralarda hazırlanan proqramların , dərs vəsaitlərinin və s. sənədlərin müzakirəsi 2. 2024-2025-ci tədris ilinin 1-ci yarısında fərqlənən tələbələrə mükafatların

Daha ətraflı

NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ

Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin nəzdində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasının 12.01.2024-cü il tarixli iclasında (pr.№12) təsdiq edilmiş cədvələ əsasən kafedrada elmi seminarların keçirilməsi təmin olunur.“Azərbaycan bəstəkarlarının əsərlərində Məhsəti Gəncəvinin poeziyasının təcəssümü” mövzusunda keçirilən növbəti elmi seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Seminarda giriş sözü ilə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda

Daha ətraflı

Yeni il şənliyi

20 dekabr 2024 tarixində Pedaqoji fakültədə Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva fakültə dekanı dos Zaur Hüseynzadə, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etdilər.

” Qoşa oyun taktikası” mövzusunda açıq dərs

17 dekabr 2024 cü il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi İlham Ağayevin Məşqçilik 1 ci kurs tələbələri ilə Seçmə İdman Növləri-1 fənnindən ” Qoşa oyun taktikası” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə fakültə dekanı dos Zaur Hüseynzadə, dekan müavini baş müəllim İlqar Haqverdiyev və rektorluğun nümayəndəsi prof Cəfər ibrahimov iştirak etdilər.

“Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərs

05.12.2024 tarixində Təhsilin pedaqogikasi və metodikasi kafedrasının dossenti Günay Kazımovanın İbtidai sinif müəllimliyi 4 kurs tələbələri ilə Tehsilin esaslari fənnindən “Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə retorluğun nümayəndəsi prof. Cəfər ibrahimov kafedranın dossenti Nübubət Babayeva və digər əməkdaşları iştirak edirdilər