“Ümumtəhsil məktəblərinin II siniflərinə dair musiqi dinlənilməsi bölməsindən əsərlərin üzdən (notdan) ifası. Annotasiyaların tərtibi” mövzusunda açıq dərs
04 mart 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Musiqi dinlənilməsi üzrə məktəb repertuarı” seçmə fənnindən “Ümumtəhsil məktəblərinin II siniflərinə dair musiqi dinlənilməsi bölməsindən əsərlərin üzdən (notdan) ifası. Annotasiyaların tərtibi” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aytəkin Kamaləddin qızı Nəzərəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.









