Author Archives: Pedaqoji

Tədris prosesinə nəzarət

Tədris prosesinə nəzarət, əmək intizamını və açıq dərslərə nəzarət etmək üçün yaradılan komissiya fakültəmizdə dərslərdə iştirak edirlər. Komissiyanın məsul şəxsləri dos. Asif Cavadov və fakültə dekanı dos. Zaur Hüseynzadə dərs prosesinin gedişini izləmişlər.

“Cəmiyyətin təhsil ehtiyacları” adlı seminar məşğələsi keçirildi

Inkişafını təmin etməkdə olan cəmiyyətin ən vacib göstəricisi təhsil olmalıdır. Pedaqoji kadrlar gələcək nəsillərin mənəvi sağlamlığının birinci qarantıdır. Sivilizasiyanın inkişafı insanın mənəvi inkişafına bağlıdır. İnsanlıq naminə qurub-yaratmaq, insansevər, bəşərsevər vətəndaşın yetişməsi bütün müasir dünyamızın devizidir. İnsanlıq naminə insanı sevmək səriştəsi şəxsiyyətin sosiallaşmasında bir insan ömrü boyunca qırmızı xətlə keçməlidir.  Pedaqoji kadrların yetişdirilməsi çox məsualiyyətli məqamlardan

Daha ətraflı

“Binar münasibətlər”mövzusunda açıq dərs keçirilmişdir

11.10.2022-ci il tarixində Pedaqoji fakültənin Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d.b/m Şəlalə Binnətovanın Məktəbəqədər təhsil ixtisasının I kursunda “Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi inkişafı metodikası” fənni üzrə “Binar münasibətlər”mövzusunda açıq dərsi keçirilmişdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos. Z.Hüseynzadə, tədris məsələləri üzrə dekan müavini b/m İ.Haqverdiyev iştrak etmişdilər.

“İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda açıq dərs dinlənilmişdir

11 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Aləmzər Xanlar qızı Abdullayevanın “Məktəb mahnı repertuarı” fənnindən “İbtidai siniflərdə məktəb mahnı repertuarı üzərində işin metodları (III sinif üzrə)” mövzusunda Pedaqoji fakültənin “Musiq müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Könül Əvəz qızı Əmrahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda açıq dərs

04 oktyabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Svetlana Cəlal qızı Abbasovanın “Notdan (üzdən) ifa” seçmə fənnindən “Azərbaycan xalq mahnı və rəqslərinin notdan (üzdən) ifası” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Müslüm Mehman oğlu Məmmədzadə ilə fərdi məşğələ şəklində keçdiyi açıq dərsi dinlənilmişdir.

II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir

27 Sentyabr -Anım günü ilə əlaqədar olaraq Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin müəllim və tələbələrinin iştrakı ilə II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu “44 günlük müharibənin əbədi qəhrəmanları” adlı tədbirlə yad edilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilən tədbirdə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmiş, daha sonra isə müəllim və

Daha ətraflı

Anım Günü

Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.

Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir

Universitetin rektoru professor Y.Yusibovun  tapşırığı ilə cari tədris ili üçün idman zalı, idman meydançası təmir olunub tələbələrin istifadəsinə verilib.  Bədən tərbiyəsi və idman kafedrası idman ləvazimatları ilə təmin olunubdur. Fakültənin Bədən tərbiyəsi və idman kafedrasında praktik məşğələlərə start verilmişdir. 2022-2023-cü tədris ilində kafedranın qabiliyyət yönümlü fənləri cədvəl üzrə idman zalında keçiriləcək. Bu barədə Universitetin tədris

Daha ətraflı