“Tarixi qələbəyə aparan yol-Aprel döyüşləri” mövzusunda açıq dərs

27.11.2023-cü il tarixində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Məmmədova Mahnur Qafar qızının Fiziki tərbiyə və ÇQH ixtisasının 3-cü kurs tələbələri ilə Azərbaycanda ordu quruculuğunun əsasları fənnindən “Tarixi qələbəyə aparan yol-Aprel döyüşləri” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə ilk olaraq Azərbaycan Dövlət himni səsləndi , şəhidlərin xatirəsi yad edildi. Dərsdə Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri dos. Nəbiyev Niyazi, baş müəllim Hüseynov Fikrət və aprel döyüşləri qazisi Əliyev Yusif iştirak etdilər.