“Vokal müşayiət üzərində iş” mövzusunda açıq dərs

05 dekabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının  müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın  “Konsertmeyster sinfi və ansambl” fənnindən “Vokal müşayiət üzərində iş” mövzusunda  pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Sadıxpur Zenfira Səbuhi qızı ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir.

Açıq dərsdə iştirak etdilər:  “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Gültəkin Məhərrəmova, Rəşidə Məmmədova, Sevil Şabanova, müəllim Əli Əliyev.