“Ulu Öndər və milli musiqinin inkişafı”

“Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər və milli musiqinin inkişafı”
mövzusunda Gəncə Dövlət Universitetinin Heydər Əliyev Muzeyində keçirilən
dəyirmi masada pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri
iştirak etmişlər.
Rektorun baş müşaviri, dosent Asif Cavadovun, “Musiqi fənləri”
kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru professor Sevda
Qurbanəliyevanın, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Fidan
Əhmədovanın çıxışları tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.