Category Archives: Tələbə həyatı

Maxmudov Orxan Samir oğlu iki versiyada “Pauroliftinq” və “Denteif” versiyalarında I yerlərə layiq görülmüşdür

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Paureliftinq, Bens-press və Deflifd Versiyaları üzrə açıq Azərbaycan Kuboku uğrunda yarışda tələbəmiz Fiziki tərbiyə və çağrışaqədərki ixtisasın II kurs tələbəsi Maxmudov Orxan Samir oğlu iki versiyada “Pauroliftinq” versiyasında 463 kq I yer, “Denteif” versiyasında 195 kq çəkini qaldıraraq I yerlərə layiq görülmüşdür. Təbrik edirik!

Gəncə şəh. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Novruz Bayramı” münasibəti ilə bayram şənliyi keçirildi

17 mart 2023-cü il tarixində Gəncə şəh. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Novruz Bayramı” münasibəti ilə bayram şənliyi Gəncə Dövlət Universitetinin  pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinin və məktəb şagirdlərinin iştirakı ilə yüksək səviyyədə keçirilmişdir.

“28 May – Müstəqillik Günü” təcrübəçi tələbələr tərəfindən qeyd olundu

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri  pedaqoji təcrübə keçdikləri Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş konsert təşkil etmişlər. Tədbirdə təcrübəçi-tələbələr və şagirdlərin  ifasında səslənən vətənpərvərlik mövzusunda şeir və mahnılar dinliyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Yüksək əhval-ruhiyyə şəraitində

Daha ətraflı

“Dissosiativ şəxsiyyət pozğunluqları” adlı elmi-praktik seminar keçirildi

18.05.2022-ci il tarixində Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının dəstəyi və təşkilatçılığı ilə (GDU-nun II korpusunun akt zalında), b/m S.Z.Şahverdiyevanın rəhbərliyi ilə Psixologiya ixtisasının III kurs tələbələri Əsgərova Fatimə Vaqif qızı və Əsgərova Aliyə Samir qızının hazırladıqları “Dissosiativ şəxsiyyət pozğunluqları” adlı elmi-praktik seminar keçirildi. Seminarı başlanğıc nitqi ilə Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova açıq elan etdi.

Daha ətraflı

“Dissosiyativ şəxsiyyət pozğunluğu” mövzusunda elmi seminar keçirildi

11.05.2022-ci il tarixində Psixologiya kafedrasında “Psixologiya” ixtisasının III kurs tələbələri Əsgərova Fatimə və Əsgərova Aliyə b/m Səbinə Şahverdiyevanın rəhbərliyi ilə “Dissosiyativ şəxsiyyət pozğunluğu” mövzusunda elmi seminar keçirdilər. Seminarda Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova və kafedranın professor-müəllim heyyəti iştrak etmişlər. Müraciət olunan mövzu aktual olduğundan iştrakçıların böyük marağına səbəb olmuşdur.

13.01.2022-ci il tarixində payız imtahan sessiyasına start verildi

Hər il olduğu kimi bu il də Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində  payız imtahanları uğurla başlanıldı. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il payız imtanlarında bir sıra yeniliklər edilmişdir ki, bu da həm tələbələrin işini asanlaşdırmış, həm də imtahanların mütəşəkkil keçirilməsinə şərait yaratmışdır.  İmtahanlar səffaf şəkildə keçirilir.