Tütorlar

Binnətova Mətanət

Binnətova Mətanət Vaqif qızı – 1972-ci il 15 avqustda Gəncə şəhərində anadan olub. 1990-cu ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Pedaqogika və Psixologiya ixtisasına daxil olub. 1995-ci ildə həmin İnstitutu bitirib. 2004-cü ildə GDU-nun Anatomiya fiziologiya və zoologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. 2007-ci ildə Ümumi pedaqogika kafedrasına baş laborant keçib. 2015-ci ildə Əlavə təhsil fakültəsinə metodist vəzifəsinə keçib. 2021-ci il sentyabr ayında Pedaqoji fakültənin metodist vəzifəsində çalışır, həmçinin 2021-ci ilin oktyabrından-iyul ayına qədər Fiziki tərbiyə və GÇQH ixtisasında tütor vəzifəsində fəaliyyət göstərib. 2004-cü ildən YAP-ın üzvüdür. Ailəlidir 2 ovladı var.

Verdiyeva Aynurə

Verdiyeva Aynurə Nazim qızı 20 yanvar 1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-ci ildə Gəncə Dövlət Universitetinin Peşə təlim ixtisasına qəbul olmuşdur. 2001-ci ildə həmin institutu bitiribdir. 2004-cü ildən Gəncə Dövlət Universitetində mühəndis proqramçı vəzifəsində çalışır. YAP-ın üzvüdü. Ailəlidi, bir ovladı var.