“İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda açıq dərs

12 dekabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Gültəkin Sabir qızı Məhərrəmovanın “Əsas musiqi aləti-3” fənnindən “İri həcmli əsər və pyeslər üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Səbinə Nazim qızı Zeynalova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.
Açıq dərsdə iştirak etdilər: “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, s.ü.f.d., professor Sevda Qurbanəliyeva; baş müəllimlər: Nərgiz Haqverdiyeva, Səidə Həsənova, müəllim Günay Tağıyeva.