AÇIQ DƏRS – B/M ALVİNA BABAYEVA

25.04.2019-cu il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın Psixologiya fənnindən “Yaş psixologiyasının mövzusu, vəzifələri və metodları” mövzusunda açıq dərsi keçirildi. Mövzunun məzmununu əyaniləşdirən müxtəlif slaydlardan istifadə edən müəllim məqsədinə nail ola bildi. Dərsdə fakültənin dekanı dos. B.Apoyev, rektorluğun nümayəndəsi dos. C.İbrahimov, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova və kafedranın bir qrup əməkdaşı iştirak edirdi. Müzakirədən sonra dərs “yaxşı” qiymətləndirdi.