AZƏRBAYCAN IV BEYNƏLXALQ  PSİXOLOGİYA KONFRANSI

         22-23 aprel 2017-ci il tarixdə Bakı şəhəri Xəzər Universitetində IV Beynəlxalq Psixologiya Konfransı keçirildi. Beynəlxalq Konfransda Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Sumqayıt Dövlət Unieversiteti, Gəncə Aqrar Universiteti, Qızlar Universiteti, Loqos uşaq və nitq mərkəzi, Bakı və Sumqayıt orta məktəbləri iştirak etdilər.

         Konfransda Sultan Qaboos Universiteti, UNESKO-nun müşaviri, Beynəlxalq Uşaq Dərnəyi(NAEYC) proqramlarının rəyçisi, Prof.Dr Ali Kemal Tekin “Uşaqlarda aqressiv antisosial, emosional və asılı davranış pozuntularının səbəbləri və bunların aradan qaldırılması yolları” , Hasan Kalyoncu Universitetinin prorektoru Prof.Dr. Yaşar Özbay “Pozitiv ailə inkişafı və dayanıqlılıq” , İstanbul Bilgi Universitetinin Dos.Dr.Ayten Zara “Uşaqlara qarşı cinsi təcavüz və istismar” , İstanbul Universitetinin Dos.Dr.Burhanettin Kaya “Travma və onunla əlaqədar pozuntularda EMDR metodundan istifadə edilməsi” adlı məruzələrlə konfrans iştirakçılarına məlumat verdilər.

         Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya kafedrasının əməkdaşları kafedra müdiri dosent Zümrüd Cavadova, baş müəllimlər Alvina Babayeva, Telli Cabbarova və Səbinə Şahverdiyeva iki gün müddətində keçirilən konfransda fəal iştirakına görə Sertifkatlarla təltif edildilər.

         Konfransa Xəzər Universitetinin rektoru  professor  Hamlet İsaxan Gəncə şəhəri və Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının tarixi haqqında məlumat verdi. Konfransda iştirak edən professorların təklifinə əsasən Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının əməkdaşları və Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlının təşəbbüsü ilə gələcək illərdə psixologiyadan birgə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutuldu.