Ailə psixoterapiyası- seminar-treninq

TEC .in “Psixologiya” dərnəyinin rəhbərliyi ilə 26.04.2017  tarixində GDU-nun II tədris korpusunun akt zalında  Pedaqoji fakültəsinin TSPX ixtisasının IV kurs tələbəsi Allahverdiyeva Ayselin  “Ailə psixoterapiyası” mövzusunda seminar- treninqi keçirilmişdir.  Seminarda Psixologiya kafedrasının professor müəllim heyəti, “Loqos” psixologiya və nitq inkişaf mərkəzinin psixoloqu Zahid Tağıyev və tələbələr iştirak etmişdir. Seminar iştirakçıların böyük marağına səbəb olmuşdur. Sonda  Psixologiya kafedrasının müdiri, dosent Z. Cavadova seminart haqda fikirlərini bölüşdü. Gənclərə ailə həyatı haqqında öz tövsiyyələrini verdi.